İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Şəmkir rayonundan seçilmiş deputatı Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində Moskvada həbs edilmiş seçicisi Orxan Zeynalova qarşı qeyri-insani rəftarı pisləyib, Rusiya hüquq-mühafizə orqanlarının hərəkətini feodal münasibəti adlandırıb. Deputat Rusiya daxili işlər nazirini tənqid edib, millətçilik ideologiyasının qabardılmasının Rusiyaya böyük zərbə olacağını bildirib.