Martın 4-də Ağamalı Qafarovun sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə birinci qrupun məhkəmə istintaqı başlayıb.
Tələbə Güc Mərkəzi müstəqil tələbə təşkilatıdır. Təşkilat 2020-ci ilin mart ayında yaradılıb. Təşkilatın əsas hədəfi tələbə hüquqlarını müdafiə etmək və tələbələrin inkişafı üçün zəmin yaratmaqdır. Yarandığı gündən etibarən Tələbə Güc Mərkəzi bir çox layihələrə imza atıb.
Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Milli Məclisin binası qarşısında etiraz ediblər. Onlar iddia edir ki, evlərindən zorla çıxarılıblar, alqı-satqı müqaviləsini bağlamağa məcbur ediliblər. Sakinlər bildirirlər ki, köçürülən vətəndaşlara torpaq pulu hələ də verilməyib.
Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə ittiham olunan Samir Qurbanov və digər 10 nəfərin məhkəmə prosesi keçirilib. Lakin ittiham olunan şəxslər və onların yaxınlarının məhkəmə prosesində iştirakı təmin olunmayıb. Buna səbəb isə
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin 29-ci ildönümü qeyd edilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası bununla əlaqədar Ana Fəryadı abidəsini ziyarətə gəlib. Ziyarət zamanı müxalifət partiyaya müxtəlif əngəllər törədilib. Belə ki, Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli ilə özü
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin 29-ci ildönümü qeyd edilir. Azərbaycan prezidenti, hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, on minlərlə insan Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən “Ana fəryadı” abidəsini ziyarət edib.
Fevralın 24-ü, axşam saatlarından etibarən müşahidə olunan qarlı və çovğunlu hava şəraiti Bakıda hərəkəti çətinləşdirib. 12 saatdan çoxdur yağmaqda olan qar və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub.
Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi
Fevralın 23-də 23 gündür aclıq aksiyası keçirən jurnalist, xəbərman.com saytının təsisçisi Polad Aslanovun həyat yoldaşı Gəlmirə Aslanova 1saylı cəzaçəkmə müəssisəsinin qarşısında etiraz aksiyası keçirib. Gülmirə Aslanova Polad Aslanovun müalicə müəssisəsinə köçürülməsini tələb edib. Lakin
Fevralın 22-də 22 gündür aclıq aksiyası keçirən jurnalist, xəbərman.com saytının təsisçisi Polad Aslanovun həyat yoldaşı Gəlmirə Aslanova onunla görüşmək üçün 1 saylı cəzaçəkmə müəssisəsinə gedib. Gülmirə Aslanova deyir ki, karantin qaydaları əsas gətirilərək görüş və ya telefon danışığına icazə
Fevralın 18-də ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası zamanı saxlanılanlar olub. Aksiya "Siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilib. Bir qrup müxalif fəallar və siyasi məhbusların ailə üzvləri aksiyada iştirak edib.
Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası qarşısında etiraz ediblər. Onlar iddia edir ki, evlərindən zorla çıxarılıblar, alqı-satqı müqaviləsini bağlamağa məcbur ediliblər. Sakinlər bildirirlər ki,
Bakının Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində yerləşən Bakı Məişət Kondisionerləri zavodunun yataqxanasında məskunlaşan sakinlər evlərinin sökülməsinə etiraz edir. Sözügedən bina Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət dövlət agentliyinin 2016-cı ilin 24 may tari
“Flora” hosteldə "Sevgi ilə əl işləri" adlı yarmarka təşkil olunub. COVID-19 pandemiyası səbəbindən Azərbaycanda kütləvi tədbirlər uzun müddət idi ki təxirə salınmışdı. Artıq karantin rejimi yumşaldıldığından "Flora" hostelin təsisçisi Türkay Bayramlı satış yarmarkası təşkil edib.
Fevralın 15-də bir qrup qadın fəallar Polad Aslanova azadlıq tələbi ilə aksiya keçiriblər. Onlar “Azadlıq”, “Siyasi məhbuslara azadlıq” şüarları səsləndiriblər. Aksiya zamanı polis əməkdaşları aksiya iştirakçılarının əllərindəki fotoları alaraq cırıb və onları ərazidən uzaqlaşdırmağa çalışıb.
Fevralın 15-də Bakı Apellyasiya məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun apellyasiya şikayəti təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Fevralın 12-da siyasi məhbus kimi tanınan jurnalistlərin ailə üzvləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiyada xeberman.com saytının baş redaktoru Polad Aslanov, Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun ailə üzvləri iştirak edib
Fevralın 10-da Bakı Apellyasiya Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi və meyitinin yandırılmasında ittiham edilən İlkin Süleymanov haqqında baş prokurorun təqdimatından verilən şikayətə baxılıb. 13 aydır həbsdə olan İlkin Süleymanov barəsində
Daha çox yüklə