Fevralın 23-də Bakının Xətai rayon Məhkəməsi hakim Rəfael Sadıqovun sədrliyi ilə istintaq orqanlının vəsatəti əsasında insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbirinin daha iki ay, aprelin 28-dək uzadılması barədə qərar qəbul edib.
Fevralın 22-də LGBTQI+ fəalı Əvəz Hafizlinin qətlindən bir il ötür. Qətli Əvəzin cinsi oriyentasiyasına görə törətdiyini etiraf edən Əmrulla Güləliyev qəsdən adam öldürmə maddəsi ilə 9 il 6 ay müddətində həbs edilib. İctimai fəallar dövlətin nifrət cinayətlərinə zəmin yaratdığını deyiblər.
Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi qərarını qüvvədə saxlayıb.
Memar Dilqəm İsmayılov Türkiyədə zəlzələ səbəbilə infrastrukturda yaranan problemlərin səbəblərindən, dövlətin bu məsələdə nə etməli olduğundan söz açıb. Memar Azərbaycanda tikintilərin keyfiyyətindən daha çox digər problemlərin olduğunu deyib.
Politoloq Şahin Cəfərli Türkiyədə baş verən zəlzələ, krizisin idarə edilməsi, dövlətin bu yöndə siyasətindən danışıb. Türkiyənin bu vəziyyətə düşməsinin səbəbləri nədir? Siyasi şərhçi Amerikanın Səsinin suallarını cavablandırıb.
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.
Media hüququ üzrə ekspert Xalid Ağaliyev bildirib ki, 2021-ci il dekabrın 6-da Avropa Şurası Nazirlər Komitəsinin qətnaməsi qəbul olunub: "Bu, AİHM-in jurnalistlərlə bağlı qərarılarının icrası ilə bağlı idi".
Toplum TV-nin redaktoru, araşdırmacı jurnalist deyir ki, əgər məhkəmə qaydasında jurnalistlərin fəaliyyəti qanunsuz sayılarsa, onlar məlumat toplaya və yaya bilməyəcəklər
Turan İnformasiya Agentliyinin təsisçisi Mehman Əliyev isə deyib ki, martdan sonra müstəqil medianı, jurnalistləri nəyin gözlədiyini demək çətindir. Hansı addımları atacaqları bəlli deyil.
Meydan TV-nin redaktoru Aynur Elgünəş isə bildirib ki, illərdir bloklanmış sayt kimi çətinliklə fəaliyyət göstəriblər: "Əhməd İsmayılov özü də bir dəfə demişdi ki, reyestrdən keçməmisənsə, deməli, jurnalist deyilsən. Bunun özü polislərə əsas verir ki, jurnalistə rahat şəkildə mane olsun".
"Yeni Nəsil"Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, reyestr ciddi narahatlıqlara səbəb olmağa başlayıb. O bildirib ki, hökumət, dövlət orqanları özləri də hazırda bu, qanunun qarşısında girinc qalıblar.
Hüquqşünas deyib ki, yeni kampaniya indi başlayıb, çünki Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu məsələ ilə bağlı açıqlama verib. İsmayılov bildirib ki, hansısa media reyestrdən keçməyibsə, deməli, mövcud deyil.
Fevralın 6-da müstəqil jurnalistlər və media nümayəndələri "Media haqqında" qanunda nəzərdə tutulmuş media reyestrinin tətbiqi prosesindən irəli gələn problemləri müzakirə ediblər. Jurnalistlər media reyestri ilə bağlı qanuna dəyişiklik edilməsi üçün "icazəli media istəmirik" kampaniyasına başlayıb.
Daha çox yüklə