Accessibility links

Barak Obama: Tramp prezidentliyə yaramır


Respublikaçı prezidentliyə namizəd Donald Tramp övladlarını müharibədə itirmiş müsəlman-amerikalı cütlüyü tənqid etdikdən sonra sərt reaksiyalarla üzləşməkdə davam edir.

Respublikaçı namizəd Donald Tramp prezident Obamanı uğursuzluqda ittiham edir
Respublikaçı namizəd Donald Tramp prezident Obamanı uğursuzluqda ittiham edir

Ağ Evdə çıxış edən prezident Barak Obama deyib ki, ilk dəfə olaraq seçkili vəzifəyə gəlmək istəyən Donald Tramp Amerikaya rəhbərlik etməyə “yaramır”, və o, “hər gün bunu sübut edir”.

Demokrat namizəd Hillari Klintona dəstək vermiş Obama Respublikaçı namizədi Xızr Xan və xanımı Ğazaladan üzr istəməyə çağırıb. Obama Trampın onları tənqid etməsini təhqir kimi qiymətləndirib.

“Bəli, hesab edirəm ki, Respublikaçı namizəd prezident qismində xidmət etməyə yaramır,” deyə Obama Sinqapur baş naziri Li Hsien Loonqla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Bizə dərhal dəyişiklik lazımdır.
Donald Tramp

Cavab olaraq, Tramp Obamanı “uğursuz liderlikdə” günahlandırıb. Tramp deyib ki, Obama və onun birinci dönəm dövlət katibi olmuş Hillari Klinton Yaxın Şərqi destabilizasiya edərək İraq, Liviya və Suriyanı” cihadçılara bəxş ediblər.

Respublikaçı namizəd habelə bildirib ki, bu liderlər Amerikanın ən yaxşı iş yerlərini “qlobal maraqları təmin etmək naminə xaricə ötürüblər.”

“Bizə dərhal dəyişiklik lazımdır,” Tramp bəyan edib.

XS
SM
MD
LG