Accessibility links

Araz Əliquliyev: Azərbaycanın üzərindən daşınan qaçaqmal tranzit xətti “Şimal Balkan” marşrutu adlanır


Araz Əliquliyev: Azərbaycanın üzərindən daşınan qaçaqmal tranzit xətti “Şimal Balkan” marşrutu adlanır

Araz Əliquliyev: Azərbaycanın üzərindən daşınan qaçaqmal tranzit xətti “Şimal Balkan” marşrutu adlanır

Onun sözlərinə görə, narkotik vasitələr Əfqanıstandan İran vasitəsi ilə Azərbaycanın işğal altındakı ərazilərinə keçirilir və Avropaya daşınır.

Azərbaycanda 26 mindən çox narkotik istifadəçisi var. Bu barədə APA Agentliyinə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev bildirib.
O, qeyd edib ki, 2011-ci ilin sonunadək olan məlumatlara görə, Azərbaycanda narkotik istifadəçilərinin sayı 26 min 490 nəfər təşkil edir. Onlardan 20 minə yaxınının xəstəliyi təsdiq edilib. Həmin 20 min nəfərin 80 faizi ağır narkotiklərin, yəni damar daxili narkotik istifadəçiləridir. Qeydiyyata alınan narkotik istifadəçilərinin 70 faizdən çoxu 30 yaşdan yuxarı olan şəxslərdir. Yetkinlik yaşına çatmayanlarla bağlı isə 5 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb. Ümumi qeydiyyata alınanlardan 600-dən çoxu qadınlardır. A. Əliquliyev onlara məlum olan narkotik istifadəçilərinin sayının heç də reallığı özündə əks etdirmədiyini, əslində isə bu rəqəmin bundan daha çox olduğunu bildirib.
Azərbaycanda narkotik istifadəçilərinin arasında bütün təbəqələrdən olan insanların olduğunu qeyd edən A. Əliquliyev onların adlarının açıqlanmasının mümkünsüz olduğunu vurğulayıb: “Biz onların adlarını açıqlaya bilmərik. Bunu yalnız həmin şəxslərin özləri edə bilərlər”.
A. Əliyev ötən il Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 2921 fakt üzrə 1 ton 549 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarıldığını açıqlayıb. Həmin faktlardan 2636-sı üzrə 557 kiloqramı Daxili İşlər Nazirliyi tərəfindən, 33 fakt üzrə 606 kiloqramı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, 138 fakt üzrə 227 kiloqramı Dövlət Gömrük Komitəsi tərəfindən, 114 fakt üzrə 159 kiloqram narkotik vasitə isə Dövlət Sərhəd Xidməti tərəfindən dövriyyədən çıxarılıb. Dövriyyədən çıxarılan narkotik vasitələrin 359 kiloqramdan çoxu marixuana, 919 kiloqramdan çoxu həşiş, 120 kiloqramı isə heroin olub. Narkotiklərlə bağlı qeydə alının cinayət faktlarından 917-si satış üzrə, 1762-si saxlama, 111-i isə əkinlə bağlıdır. Aşkarlanan narkotik faktları üzrə 37 nəfəri xarici ölkə vətəndaşları ilə bağlı olub ki, onlardan 158 kiloqramdan artıq narkotik vasitə götürülüb.
A. Əliquliyev Azərbaycan üzərindən qaçaqmalçılıqla daşınan narkotiklərlə bağlı da danışıb. O, qeyd edib ki, bu gün beynəlxalq arenada Azərbaycanın üzərindən daşınan qaçaqmal tranzit xətti “Şimal Balkan” marşrutu adlanır: “Bütün beynəlxalq təşkilatlara məlumdur ki, bu gün Əfqanıstanda istehsal olunan narkotik vasitələr İran vasitəsi ilə Azərbaycanın işğal altındakı ərazilərinə keçirilir və həmin ərazilərdən də Avropaya daşınır. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əldə olunan məlumatlara görə, işğal altında olan ərazilərdə narkotik vasitələrin əkilib-becərilməsi də həyata keçirilir. Həmin narkotikdən əldə olunan maliyyə vəsaitləri isə Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrinə sərf edilir. Bu gün “Şimal Balkan” xətti üzrə Azərbaycan hüquq-mühafizə orqanlarına məlum olan 130-dan yuxarı marşrut var. Bütün bu marşrutlara qarşı hüquq-mühafizə orqanları tərindən mübarizə aparılır”.

XS
SM
MD
LG