Accessibility links

Bakıda təbrizli şairənin kitabı nəşr edilib


Bakıda təbrizli şairənin kitabı nəşr edilib
Bakıda təbrizli şairənin kitabı nəşr edilib

Məlihə Əzizpurun “Mənə bir küçə bağışla” kitabında şerləri toplanıb.

Təbrizli şairə Məlihə Əzizpurun Bakıda ikinci şerlər kitabı çap olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Amerikanın Səsi radiosuna bildirib ki, təbrizli şairənin ’’Mənə bir küçə bağışla’’ adlı kitabı AYB-nin təşəbbüsü ilə çapa hazırlanıb

Kitabda Məlihə Əzizpurun son iki ildə qələmə aldığı şerlər toplanıb. Şairənin “Su pıçıltısı” adlı birinci kitabı iki il əvvəl çap edilib.

Sayman Aruz bildirib ki, AYB birliyi bundan sonra da İrandan olan azərbaycanlı ədiblərin əsərlərinin çapını davam etdirəcək.

XS
SM
MD
LG