Accessibility links

Görkəmli Azərbaycan şairi Yəhya Şeydanın anım günü keçirilib


Görkəmli Azərbaycan şairi Yəhya Şeydanın anım günü keçirilib
Görkəmli Azərbaycan şairi Yəhya Şeydanın anım günü keçirilib

O, “Odlar Vətəni”, “Odlu sözlər”, “Sijimqulu”, Şəhriyarın “Divan”ı, M.Ə.Möcüzün “Əsərləri”, Cənubi Azərbaycan şairlərinin əsərlərindən ibarət “Ədəbiyyat ocağı” (3 cilddə) kitabların tərtibçisi və naşiridir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası Yəhya Şeydanın anım günü keçirilib.
AYB-in Cənubi Azərbaycan şöbəsinin sədri Sayman Aruz Y.Şeydanın həyat və yaradıcılığı haqqında məlumat verib.
Yəhya Şeyda 1924-cü ildə Təbrizdə anadan olub, burada orta təhsilini başa vurduqdan sonra “Azadlıq beşiyi” (“Məhdi azedi”) qəzeti redaksiyasında çalışıb. Klassik ədəbi irsi mütaliə yolu ilə mükəmməl mənimsəyən, alman, ərəb və fars dillərini öyrənən Yəhya Şeyda ədəbi fəaliyyətə 1940-cı illərdən başlayıb. Sonralar fars dilində əsərləri kütləvi nəşr olunmuşdur.
O, həm də “Odlar Vətəni”, “Odlu sözlər”, “Sijimqulu”, Şəhriyarın “Divan”ı, M.Ə.Möcüzün “Əsərləri”, Cənubi Azərbaycan şairlərinin əsərlərindən ibarət “Ədəbiyyat ocağı” (3 cilddə) kitabların tərtibçisi və naşiridir. Yəhya Şeydanın əsərləri bir çox dünya dillərinə tərcümə edilib.
Yəhya Şeyda 2011-ci oktyabrın 21-də Təbrizdə vəfat edib.

XS
SM
MD
LG