Accessibility links

Çinin Sincan bölgəsində daha bir qarşıdurma olub


Ankarada Uyğurların Çin əleyhinə nümayişi

Ankarada Uyğurların Çin əleyhinə nümayişi

Çinin Sincan əyalətində yaşayan türdilli uyğur icması Çin hökumətinin müsəlmanları sıxışdırdığını, dinləri ilə bağlı təzyiq etdiyini deyirlər. Uyğurlar bildirirlər ki, Çin hökuməti milyonlarla etnik han çinliləri həvəsləndirir ki, bu regiona köçüb uyğuların əlindən işlərini alsınlar. Çin isə uyğurları zorakılıqdan istifadədə günahlandırır.

Bazar ertəsi günü Çinin türkdilli uyğurlar yaşayan Sincan Muxdar Bölgəsində polis bölməsinə hücum olub, azı dörd nəfər ölüb. Rəsmi Sinxua xəbər agentliyinin məlumatına görə, üsyançılar Hotan şəhərində polis idarəsinə hücum ediblər, içəridəkiləri girov götürüblər, binaya od vurublar. Xəbərə görə, əraziyə əlavə polis qüvvələri cəlb olunub, onlar hücumçulara atəş açıblar, altı girovu azad ediblər.

Hadisə vaxtı bir polis, bir təhlükəsizlik xidməti əməkdaşı, iki girov öldürülüb. Bir neçə girovu xəstəxanaya aparıblar.

Sincanda əyalətində illərdir ki, etnik han çinliləri və yerli uyğur əhali arasında qarşıdurmalar baş verir. Çin hökuməti deyir ki, təkcə 2009-cu ildə regionda etnik zəmindəki qarşıdurmalarda 200 nəfər həlak olub.

Almaniyada yerləşən hüquq müdafiə qrupu Dünya Uyğur Konqresinin katibi Dolkun İsa deyib ki, keçən həftə polis Hotanda və başqa yerlərdə bir neçə nəfəri səbəbsiz həbs edib. Tutulanların qohumları yığışıb yerli hökumətdən onların azad olmasını tələb ediblər, qarşıdurma da bundan sonra başlayıb.

Xəbəri müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb, çünki kənar adam üçün Sinxuaya daxil olmaq çətindir, Çin hökuməti isə regionla telərabitəyə ciddi nəzarət edir.

Sincan əyalətində və ya Uyğur Muxtar Bölgəsində türdilli uyğur icması yaşayır, onlar Çin hökumətinin müsəlmanları sıxışdırdığını, dinləri ilə bağlı təzyiq etdiyini deyirlər. Uyğurlar bildirirlər ki, Çin hökuməti milyonlarla etnik han çinliləri həvəsləndirir ki, bu regiona köçsünlər və uyğuların əlindən işlərini alsınlar.

Rəsmi Pekin bu ittihamları rədd edir və bildirir ki, muxtar respublikanın iqtisadiyyatının dirçəldilməsi və etniklərin hüquqlarının qorunması istiqamətində xeyli iş görüb. Çin rəsmiləri indiyə qədərki bəyanatlarında həmçinin regiondakı qarşıdurmalara görə separatçıları günahlandırıblar.

XS
SM
MD
LG