Accessibility links

Çin və Rusiya Suriyada döyüşlərin dayandırılmasına səsləyib


Çin və Rusiya Suriyada döyüşlərin dayandırılmasına səsləyib
Çin və Rusiya Suriyada döyüşlərin dayandırılmasına səsləyib

Almaniyanın BMT-dəki səfiri Peter Vittiq deyib ki, sərt sözlərin ifadə olunduğu qətnamə Suriya prezidenti Bəşər Əsədə necə təcrid olunduğunu göstərəcək.

Suriya insan haqları qrupları bildirir ki, bu gün təhlükəsizlik qüvvələri 5 nəfəri qətlə yetirib. Bir gün əvvəl isə müxalifətin silahlı qruplarının hərbi bazaya hücumu iğtişaşların 8 ay davam etdiyi Suriyada gərginliyi artırmışdı.

Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupunun nümayəndəsi Amerikanın səsinə bildirib ki, təhlükəsizlik qüvvələri Deir Ez-zor şəhəri və ətrafında bir yeniyetmə qız da daxil olmaqla 2 nəfəri öldürüb. Qrup bildirir ki, qüvvələr Homsda iki, İdlibdə isə bir nəfəri qətlə yetirib.

Hücumlar və tələfat barədə məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilmir.

Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada jurnalistlərə deyib ki, Azad Suriya Ordusunun dünən Dəməşq yaxınlığında hərbi bazaya hücumu, belə görünür ölkədə vətəndaş müharibəsinin başlamasından xəbər verir. Azad Suriya Ordusu hökumətin təhlükəsizlik qüvvələrində üz döndərənlərdən təşkil edilib.

Avropa Birliyi xarici siyasət şöbəsinin rəhbəri Katrin Aşton deyib ki, cənab Əsədin istefa verməsinin vaxtı yetişib. O, cənab Lavrova görüşündən sonra bu açıqlamanı verib.

BMT-də Almaniya, Böyük Britaniya və Fransa Suriyanın hökumət əleyhdarlarına qarşı qanlı zorakılıqlarını tənqid edən qətnamənin qəbul edilməsinə çalışır.

Almaniyanın BMT-dəki səfiri Peter Vittiq deyib ki, sərt sözlərin ifadə olunduğu qətnamə Suriya prezidenti Bəşər Əsədə necə təcrid olunduğunu göstərəcək.

Qətnamə layihəsi Suriya hökumətini insan haqlarını sistematik şəkildə pozduğuna görə sərt tənqid edir. Qətnamə habelə cənab Əsədin hökumətini Ərəb Liqasının Suriyada iğtişaşlara son qoymağı nəzərdə tutan planına əməl etməyə çağırır.

Keçən ay BMT Təhlükəsizlik Şurasında Suriya hökumətini tənqid edən qətnamə layihəsinə veto qoyan Çin və Rusiya da narahatlıqlarını ifadə edir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Veimin böhranın danışıqlar yolu ilə həll olunmasına çağırıb. Rusiya xarici işlər naziri Serqey Lavrov da hökumətlə müxalif qruplar arasında döyüşlərin dayandırılmasına səsləyib. O, tərəfləri fikir ayrılıqlarını dinc yolla həll etməyə çağırıb.

XS
SM
MD
LG