Accessibility links

Daha bir əsgər ölümü


Əsgər ölümünə etiraz aksiyası
Əsgər ölümünə etiraz aksiyası

Yenə müəmma, ailə övladının cəsədinin təkrar tibbi ekspertizadan keçirilməsini tələb edir

Martın 16-da Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsinin əsgəri Elvin Niftizadə vəfat edib. Yerli media ölmüş əsgərin cəsədinə ailəsinin keçirdiyi baxışın şəkillərini dərc edib. Şəkillərdə əsgərin baş nahiyəsindən əşya ilə vurulduğu işarə edilir.

Qeyri-döyüş şəraitində ölən əsgərlərin ailələri məhkəmə tibbi ekspertiza rəylərinə inanmadığından ağır olsa da özləri övladlarının cəsədlərinə müstəqil baxış keçirir, bu baxışı video və fotolara köçürürlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti əsgərin ölümünü təsdiq edib. Mətbuat Xidmətinin məlumatına görə əsgər Elvin Niftizadə nahar yeməyindən sonra özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə gətirilib, müayinə zamanı təzyiqinin kəskin surətdə aşağı düşməsi aşkar olunub və təcili olaraq Yevlax şəhər xəstəxanasına aparılıb. Xəstəxanada həkimlərin ciddi səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb.

Xəstənin vəfatının səbəblərinin aydınlaşdırılması məqsədilə hərbi prokurorluğun əməkdaşının iştirakı ilə keçirilmiş autopsiya nəticəsində əsgərin bədənində hər-hansı xarici yaxud daxili xəsarətalma halının olmaması müəyyən edilib. Autopsiyanın keçirilməsi prosesinin videoçəkilişi aparılıb. Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Yerli medianın yazdıqları ilə rəsmi xəbər arasında fərqlər var. Belə ki, Teleqraf.az saytı Yevlax rayon xəstəxanasındakı mənbəyə istinadən əsgərin xəstəxanada deyil, xəstəxanaya gətirilərkən yolda öldüyünü yazır.

Mərhumun bibisi oğlu, keçmiş vicdan məhbusu Ülvi Quliyev isə Musavat.com saytına bildirib ki, əsgər başından kətillə (taburetka) vurularaq öldürülüb. Buna baxmayaraq, Yevlaxda keçirilən ilkin ekspertiza zamanı zəhərlənmə diaqnozu qoyulub. Lakin mərhumun bədənində, xüsusilə, başında olan xəsarətləri görən ailə üzvləri bu versiyanı absurd hesab edirlər. Onlar təkrar ekspertiza barədə tələb irəli sürsələr də, bu tələbləri yerinə yetirilməyib.

"Əgər dayım oğlu zəhərlənibsə, onda hərbi hissədəki 300 əsgər də zəhərlənməliydi. Onların hamısı eyni qidanı qəbul ediblər. Niyə təkcə Elvin zəhərlənib?", Ülvi Quliyev bildirib.

Ülvi Quliyev məlumat verib ki, yas mərasiminə Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun polis rəisi və müavinləri, əsgərin öldürüldüyü hərbi hissənin zabitləri, eləcə də, Dövlət Sərhəd Xidmətinin Göytəpədəki hərbi hissəsinin komandiri gedib.

Bu 2013-cü ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda artıq 18 əsgər ölüb. Qeyri döyüş şəraitində əsgər ölümü ölkədə geniş ictimai etirazla qarşılanmaqdadır. Yerli əhali bu il “Əsgər ölümlərinə son!” şüarı ilə iki geniş rezonanslı etiraz aksiyası keçirib. Aksiyalar polislə qarşıdurma şəraitində keçsə da bir neçə saat davam etdirilib.

Eyni zamanda Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti təəssüf hissi ilə qeyd edir ki, bəzi KİV qeyd olunanlarla əlaqədar həqiqətə uyğun olmayan, qərəzli xarakterli məlumatlar yayır.

“Bu məlumatları qətiyyətlə təkzib edir, bədbəxt hadisənin öz çirkin məqsədləri üçün istifadə edənləri qınayır, özgəsinin kədərindən yararlanmaq cəhdlərini mənfi qiymətləndiririk”, mətbuat xidməti qeyd edir.

Əsgər Elvin Niftizadə 9 dekabr 1994-cü ildə Cəlilabad rayonunun Şötüklü kəndində anadan olub, 2013-cü ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Dövlət Sərhəd Xidməti sıralarına göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG