Accessibility links

Haray: Azərbaycan müxalifətinin İranda insanların daşqalaq olunmasına münasibəti


Haray: Azərbaycan müxalifətinin İranda insanların daşqalaq olunmasına münasibəti

Haray: Azərbaycan müxalifətinin İranda insanların daşqalaq olunmasına münasibəti

Azərbaycan Xalq Cəbhəsi Partiyasının müavini Gözəl Bayramlı xidmətimizə verdiyi müsahibədə İranda azərbaycanlı Səkinə Aştiani da daxil olmaqla insanların daşqalaq edilməsinə, təzyiqlərə məruz qalmasına münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan müxalifəti bu kimi zorakı hərəkətləri pisləyir. Müsahibəni aşağıdan oxuya və ya bütöv müsahibəyə səsli formatda qulaq asa bilərsiniz.

Sual: İranda azərbaycanlı qadın Səkinə Aştiani daşqalağa məhkum edilib və bu, beynəlxalq ictimaiyyətin geniş narazılığına səbəb olub. Azərbaycan müxalifəti bunu necə qiymətləndirir.

Cavab: Təbii biz də Azərbaycan müxalifəti olaraq bu hərəkəti pisləyirik. Biz ümumilikdə qadınlara qarşı belə hərəkərləri pisləyirik. İran əslində bir islam respublikasıdır və özünü islam respublikası adlanlandıran bir ölkədə qadına qarşı bu cür zorakılıqlar yolverilməzdir. Quranda da var, dinimizdə də qadın müqəddəs hesab olunur. Məhəmməd peyğəmbərimiz deyib ki, Cənnət anaların ayaqları altındadır. İlk dəfə Azərbaycanda bizim demokratik cümhuriyyət qadına seçki hüququ verib. Bu da bizə islamdan gələn dəyərlərin tərkib hissəsi olub. Mən təəssüf edirəm ki, İranda Səkinə xanıma qarşı bu cür zorakılıq baş verib və bu cür zorakılıqları bir müxalifət nümayəndəsi olaraq pisləyirəm.

Sual: Fransa prezidentinin xanımı İran hökumətinin Səkinə Aştianiyə qarşı daşqalaq hökmünü pisləyən bəyanatla çıxış edib və İranın hökumətyönümlü Keyhan qəzeti Fransa prezidentinin Fransa prezidentinin xanımını təhqir etdi. Düzdü İran Xarici İşlər Nazirliyi bəyanatla çıxış etdi və belə bir ifadənin onlara onlara aid olmadığını qeyd etdi. Siz necə qiymətləndirirsiniz, dünya qadınları, o cümlədən Azərbaycan qadınları Səkinə xanımı müdafiə etməlidirmi?

Cavab: Əlbəttə etməlidir. Mən Fransa prezidentinin xanımının bu addımını alqışlayıram və düşünürəm ki, xanımlara qarşı bu addım dünyanın harasında baş verməsindən asılı olmaraq pislənməlidir. Mən hesab edirəm ki, Azərbaycan xanımları olaraq biz də buna etiraz etməliyik.

Sual: Bəs niyə etmirsiniz? Səbəb nədir? Azərbaycanın nə iqtidaryönümlü, nə müxalifətyönümlü, nə qeyri-hökumət təşkilatları bununla bağlı hər hansı çağırışlar etməyib indiyədək.

Cavab: Təbii mən də təəssüf edirəm ki, bu barədə çağırışlar edilməyib. Hesab edirəm ki, Azərbaycanın istər iqtidar, istər müxalifər partiyaları, qeyri-hökumət sektoru, hüquq müdafiəçiləri belə bu cür bəyanatlarla çıxış etməli idilər. Təəssüflər olsun ki, mən mətbuatda ayrı-ayrı liderlərin çıxışlarında bu məsələyə münasibət görsəm də, ayrılıqda bir münasibət görməmişəm. Təbii, bundan sonra mənə elə gəlir belə bir münasibət Azərbaycan tərəfindən də göstərilsin.

Sual: İnsanlara qarşı daşqalaq hokum nə qədər ədalətlidir. Həm də bu daşqalaq hokum elə həyata keçirilməlidir ki, o insan digər adamların qarşısında ən azı 20 dəqiqədən sonra ölsün. Pərt olub, ölsün. Bunu necə qiymətləndirərdiniz?

Cavab: Bu, dəhşətli bir faktdır. Bu, insanlığa yönələn bir cinayətdir. Bunu dəhşətli qəbul edirəm. Hətta bizim dinimizdə belə insane zülm, insane bu cür ədalətsiz yanaşma qəbulolunmazdır.

Sual: Bu günlərdə Şərqi Azərbaycanda Almaniyanın iki müxbiri həbs edilib. Onlar Səkinə Aştiani ilə bağlı onun övladları ilə müsahibə aparıblar və bundan sonra həbs ediliblər. İran rejiminin bu tip hərəkətləri sizin tərəfinizdən necə qarşılanır?

Cavab: Mən belə addımları birmənalı olaraq pisləyirəm. Ümumiyyətlə jurnalistlərə, mediaya qarşı hər hansı bir təzyiqin əleyhinəyəm.

Sual: Azərbaycan müxalifəti onun lideri Əbülfəz Elçibəyin ideologiyasını davam etdirir. Amma nədənsə də Elçibəy ideologiyasında, Elçibəy yolunda bir İran Azərbaycanlıları yolu var idi. O yolun davamı görünmür. Səbəb nədir?

Cavab: Əslində AXCP olaraq bizim məramnaməmizdə vahid Azərbaycan ideyası öz əksini tapıb. Hesab edirəm ki, bu yol davam edir. Sadəcə Azərbaycanın özünün o qədər köklü problemləri var. Görünür bu səbəbdən o problemlər arxa plana keçib. Amma əslində o ideya, Elçibəy yolu bizim hər birimizin qəlbimizdədir və nə vaxtsa biz o ideyaların heyata keçməsinin şahidi olacağıq.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG