Accessibility links

Haray: İranda insanların daşqalaq olunması


Haray: İranda insanların daşqalaq olunması
Haray: İranda insanların daşqalaq olunması

Haray proqramının bugünkü buraxılışını İranda insanların daşqalaq olunmasına həsr etmişik. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, azərbaycanlı qadınlar İranda insanların, xüsusilə də qadınların daşqalaq edilərək öldürülməsi cəzasına qarşı ciddi etiraz bildirmirlər. Onunla söhbəti sizə təqdim edirik.

Sual: İranda insanların, xüsusilə də qadınların daşqalağa məhkum edilməsini necə qiymətləndirirsiniz? Azərbaycanda bu necə səslənir?

Cavab: Bir azərbaycanlı, bir qadın baxışı kimi bu həddindən artıq pisdir. Hər şeyin ifratı pis nəticə verir. Ümumiyyətlə insane qəsd etmək, xüsusilə də daşqalaqla əzab-əziyyət, işgəncə vermək dinə də ziddir.

Sual: Artıq mənfi fikirlər var. Fransa prezidentinin xanımı İran prezidentinə daşqalaq fikrindən əl çəkmək barədə müraciət edib. Ümumiyyətlə dünyada Səkinə xanımın müdafiəsi ilə bağlı kampaniya gedir. Bu kampaniya İranda insanın ölümə məhkum edilməsi cəzasının aradan qaldırılmasına yönəlib. Siz necə baxırsınız, Azərbaycan qadınları da bu kampaniyaya qoşulubmu?

Cavab: Mən görmürəm, qadınlar imza yığxın, yığıncaq keçirsinlər, yaxud da ki, İran səfirliyinin qarşısında etiraz aksiyası keçirsinlər. Düşünürəm ki, bu, çox vacibdir. İstəyərdim ki, dünya ölkələri dinimizə pis baxmasınlar. Əgər bu gün Səkinə xanım azərbaycanlı qadınlar tərəfindən müdafiə olunmasa, sabah başqa bir müsəlman ölkəsində də bu praktika tətbiq oluna bilər. Heç düşünməsinlər ki, qeyri-rəsmi belə bir hadisə Azərbaycanda da baş vermiyə bilər. İslamda da gender problem var.

Sual: İran Ali Məhkəməsi Səkinə xanımın daşqalağa məhkum edilməsindən sonra daha iki Ərdəbillinin daşqalağa məhkum edilməsi ilə bağlı aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb. Yəni bu tendensiya davam edir. Bu tendensiyanın qarşısını almaq üçün İran cəmiyyəti, xüsusilə də Azərbaycan Respublikasının vətəndaşlarına, hüquq müdafiəçiləri dünya ictimaiyyəti hansı işləri görməlidir?

Cavab: Bu təhlükə bizdən də yan keçməyəcək. Bizim də balalarımız, qızlarımız böyüyür. Sabah İranda başlayan bu proses İraqa, Əfqanıstana, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana keçə bilər. Birinci addımı elə hüquq müdafiəçilər atmalıdır. Mən buradan bütün hüquq müdafiəçilərinə səslənirəm ki, bəlkə biz də haqq səsimizi qaldıraq. Azərbaycanda demokratik cəmiyyət formalaşmasa radikal islam üçün Azərbaycanda münbit bir şərait yaranar.

Sual: Nobel mükafatı lauretı Şirin İbadi Amerikanın səsi radiosuna müsahibəsində İran hökumətini ölkədə ölüm hökmünü ləğv etməyə çağırıb. Azərbaycan Respublikası müsəlman dünyasında ilk dəfə olaraq Avropa İnsan Haqları konvensiyasına qoşulmuş ölkə kimi ölüm hökmünü ləğv edib. Yəni Şirin İbadinin bu bəyanatına Azərbaycan Respublikası insanlarının qoşulması imkanları nə qədərdir?

Cavab: Azərbaycan kiçik bir ölkədir. Mən deyə bilmərəm ki, Azərbaycan nə üçün ilkin addımları atmır. Qonşu olduğumuz üçün hər addımımızı çox ehtiyatla atmalıyıq. İran ölüm hökmünün ləğv olunmaması bütünb dünya, eləcə də biz biganə qalmamalıyıq.

XS
SM
MD
LG