Accessibility links

Haray: Azərbaycanda yaşayan İran vətəndaşlarının fəaliyyətləri


Haray: Azərbaycanda yaşayan İran vətəndaşlarının fəaliyyətləri

Haray: Azərbaycanda yaşayan İran vətəndaşlarının fəaliyyətləri

Haray proqramının bugünkü buraxılışını Azərbaycanda yaşayan İran vətəndaşlarının fəaliyyətlərinə həsr etmişik. Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, Azərbaycanda qeydiyyatdan keçməyən İran vətəndaşları ciddi iş adamı ola bilmir. Əlövsət Əliyevlə söhbəti sizə təqdim edirik.

Sual: BMT-nin İranla bağlı 19-29 saylı qətnaməsinə görə müəyyən maliyyə əməliyyatlarına məhdudiyyətlər qoyulub. Azərbaycanda İran vətəndaşlarının yaşaması necə təmin olunub? Nə qədər İran vətəndaşı yaşayır? Onlar bizneslə, yoxsa başqa sahələrlə məşğuldurlar?

Cavab: Azərbaycanda böyük kommersiya fəaliyyəti ilə məşğul olan iş adamlarının sayında İran İslam Respublikasının vətəndaşları o qədər də böyük çəkiyə malik deyillər. Amma təbii ki, Azərnaycanda olan əcnəbilərin müəyyən faizini onlar təşkil edirlər və Azərbaycana sərmayə qoyan İran vətəndaşlarının son 5 ildə artan xətt üzrə davam edir. Lakin Azərbaycanda fəaliyyət göstərən iş adamlarının fəaliyyəti o qədər də şəffaf deyil. Çünki Azərbaycan iqtisadiyyatına uyğun olmayan fəaliyyət göstərən iş adamalarının fəaliyyəti Azərbaycanda arzuolunan deyil.

Sual: İrandan gələn Azərbaycanda yaşayan insanların fəaliyyəti şəffafdırmı? Ümumiyyətlə, onların miqrasiya prosesi şəffafdırmı?

Cavab: Mən deməzdim, Dövlət Miqrasiya Xidməti yaranandan sonra bu fəaliyyət kifayət qədər sərtləşib və eyni zamanda müəyyən qədər şəffaflaşıb. Yəni Azərbaycanda artıq qanuni yaşamaq üçün müraciət edən şəxslər və rədd cavabı alanların dəqiq statistikası mümkündür. Amma müraciət etmədən yaşayanlar da var. Onlar da ciddi iş adamı ola bilmir. Onlar yalnız qeyri-qanuni yollarla, qeyri-qanuni maliyyə vəsaitlərinin aparılıb-gətirilməsində və s. iştirak edə bilərlər. Azərbaycanda İranda olan iş adamları Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin qeydiyyat vəsiqəs ilə təmin olunublar.

Sual: Adətən, qanunsuz maliyyə əməliyyatlarında ikinci, üçüncü şəxslərin vasitəsilə və yaxud üçüncü dövlətlərin vasitəsindən istifadə edirlər. Belə hərəkətlər varmı? İranla, İran vətəndaşları ilə bağlı.

Cavab: İran vətəndaşları ilə bağlı deyə bilmərəm, Azərbaycanda törəmə müəssisələr var, üçüncü ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən Azərbaycanda təsis edilmiş təşkilatlar var. Bu qurumlar vasitəsilə Azərbaycanda çirkli pulların yuyulması həyata keçirilir. Bunlar müxtəlif tikinti, kommersiya təşkilatlarıdır. O təşkilatların təsisçilər arasında İran vətəndaşları da var.

Sual: Azərbaycanda Bakı şəhərində Nizami metrostansiyasının ətrafına balaca Tehran da deyirlər. Çünki, orada çoxsaylı iranlının dükanları, satış mərkəzləri var. Bunlarla bağlı, bunların fəaliyyəti şəffafdırmı? Azərbaycan Respublikası tərəfindən nəzarət edilirmi?

Cavab: Mən maraqlanmışam, həqiqətən Yasamal rayonu ərazisində qeydiyyatda olan İran vətəndaşları üstünlük təşkil edir. O cümlədən son 5 il ərzində Azərbaycanda daşınmaz əmlak alan İran vətəndaşlarının sayı kifayət qədər artıb. Mən hesab edirəm Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış insanlar üzərində nəzarətin həyata keçirilməsi problemli deyil və bu cür şəxslərə tam normal nəzarət edilir. Problem Azərbaycanda qeydiyyata alınmadan uzun illər qanunsuz yaşayan şəxslərlə bağlıdır.

Sual: BMT-nin İranla bağlı qətnaməsində sonra, yəni İrana qarşı sanksiyaların sərtləşdirilməsindən sonra İran vətəndaşlarının Azərbacyana miqrasiya prosesində hansı nisbət yaranıb?

Cavab: Təxminən bu hadisələr 4 il əvvəldən başlayaraq İrandan Azərbaycana gələnlərinin sayında artım müşahidə olunur. Amma iki ildə bu hiss olunmur. Son bəyanatların nəticələri də hiss olunmur.

Sual: Amma İran da bu ərəfədə Azərbaycan vətəndaşlarına qarşı viza rejimini birətəfli qaydada ləğv etdi. Bunun siyasi məzmunu nədir?

Cavab: İran iqtisadi cəhətdən viza rejimini Azərbaycan vətəndaşlarına münasibətdə götürməklə iqtisadi cəhətdən çox böyük nailiyyət əldə etdi. Çünki İranla həmsərhəd olan rayonlarda yaşayanlar hər gün adicə bazarlıq üçün də İrana gedirlər. Eyni zamanda tibbi yardımın İranda yüksək keyfiyyəti azərbaycanlıların tez-tez ora getməsinə səbəb olur. Viza rejimi ləğv olunandan sonra Azərbaycanda həkimə gedənlərin sayı xeyli azalıb. Bu baxımdan bu, Azərbaycan üçün yox, İran üçün uduş oldu.

XS
SM
MD
LG