Accessibility links

Tbilisi məhkəməsi 3 tona yaxın heroin işi ilə bağlı hökm çıxarıb


Gürcüstanda tutulan heroin çəlləkləri
Gürcüstanda tutulan heroin çəlləkləri

Tbilisi məhkəməsi çoxtonluq maye heroinin daşınmasında təqsirli bilinən Türkiyə vətəndaşı barəsində qiyabi hökmü çıxarıb. Narkotik maddə yük maşınında yerləşdirilmiş 93 çəlləkdə olub.

Axtarışda olan Türkiyə vətəndaşı Bayram Coşkun ömürlük həbs cəzasına məhkum edilib. Bu barədə “Novosti-Qruziya” portalı xəbər verib.

Eyni zamanda onun tərəfdaşları – Gürcüstan vətəndaşı Yevgeni Qorqadze və Türkiyə vətəndaşı Şefik Semizoğlu bəraət alıblar.

Cinayət materiallarından məlum olub ki, 2014-cü il iyulun 12-də Gürcüstan polisləri yük maşınına baxış zamanı hər biri 30 litrlik 93 çəllək aşkar edib. Onların içində maye heroin olub. Çəkisi 2,79 ton təşkil edən yükün dəyəri 93 milyon ABŞ dolları təşkil edib.

Narkotik vasitənin olduğu avtomobil İran, Azərbaycan, Türkiyə və Gürcüstan vasitəsilə Moldovaya gedirmiş. Sənədlərdə maşında maye sabunun olduğu göstərilib.

Gürcüstan hakimiyyəti iki həftədən sonra bildirmişdi ki, heroin “Taliban” hərəkatına məxsus olub.

Təhqiqata başqa ölkələrin də hüquq-mühafizə orqanları qoşulub. Azərbaycan tərəfi isə bildirib ki, Azərbaycan ərazisindən qanunsuz tranzit üzrə iş nəzarətə götürülüb.

2014-cü ilin oktyabrında Gürcüstan prokurorluğu cinayət işinə xətm edərək yük maşınının sürücüsü Quram Sesxladzeni azad edib. Müəyyən edilib ki, yükün sifarişçisi Bayram Coşkundur.

“İstintaq sübut edib ki, naməlum şəxslər Quram Sesxladzenin maşınından istifadə etmək üçün pulla onu tutublar”, sürücünün vəkili Emzar Paksadze bildirib.

Xatırladaq ki, öncə Azərbaycan hakimiyyəti yükün ölkə ərazisindən keçirildiyini inkar edirdi.

XS
SM
MD
LG