Accessibility links

Türkiyə - Suruç [Təhlil]


Türkiyədə 30 adamın öldüyü, 100-dən çox adamın isə yaralandığı partlayışın baş verdiyi Suruç şəhəri Suriya ilə sərhəddə Kobani qəsəbəsinə yaxın bir ərazidə yerləşir. Kürdlərin məskunlaşdığı Kobanı qəsəbəsi uzun müddət İslam Dövləti qrupunun işğalı altında qalmışdı. Türkiyənin daxili işlər naziri partlayışı terrorçu hücumu adlandırıb və cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə söz verib. Türkiyə rəsmisi hadisəni törədən intiharçının 18 yaşlı gənc qız olduğunu bildirib.

Ekstremistlər son bir neçə həftədir Kobanı yaxınlığında intiharçı bomba partlayışları həyata keçirir. Bu yolla onlar döyüşlərdə irəliləməyə nail olmuş və militantların paytaxtı olan Raqqa qəsəbəsinə hücumlar edəcəkləri ilə təhdid edən Kürd qüvvələrinin diqqətini yayındırmağa çalışırlar.

Suruçda partlayış baş verdiyi an Kobani yaxınlığında da başqa bir partlayış olub. İntiharçı üzərindəki bombanı kürdlərin yoxlama məntəqəsi yaxınlığında partladaraq yarı-hərbi dəstənin iki üzvünü öldürüb.

Türkiyə rəsmiləri Kobanidə baş verən partlayışın Suruçda hücumun arxasında İŞİD-in olduğu ilə bağlı şübhələrin artırmasına gətirib çıxardığını bildiriblər.

Sosialist Gənclər Assosiasiyaları Federasiyasının Türk və Kürd fəallarından ibarət üzvləri Suruçda mədəniyyət mərkəzinin həyətində toplaşaraq, kitabxana və uşaqlar üçün oyun meydançası inşa edilməsi üçün Kobanidə getməyi planlaşdırırdı. Bu, gənclərin Türkiyə və Qərb dövlətlərini Kobaniyə daha çox diqqəti artırmaq üçün başladığı kampaniyasının bir hissəsidir.

Türkiyə rəsmiləri İslamçı ekstremistlərin Suruçda hücumla kifayətlənməyəcəyini hesab edir. Onlar bunun Ankaranın Suriyaya hərbi müdaxiləsi təhdidlərinə qarşı xəbərdarlıq olduğunu və Türkiyə sərhədində daha çox hücumların baş verəcəyini düşünür.

Keçən ay Türkiyə sərhəd bölgələrə əlavə qüvvə yeridib və Kürd qüvələri, Suriya hökumət, İslam Dövləti qrupu militantları arasında münaqişənin sərhəddən ölkə daxilinə keçməməsi üçün hərbi qüvvələri hazır vəziyyətə gətirib. Ankara Türkiyənin təhlükəsizliyinin İslamçı ekstremistlər və ya Suriya Kürdləri tərəfindən pozulduğu halda hərbi müdaxilə ilə bağlı xəbərdarlıq verib. Rəsmi Ankara kürdlərin Suriyanın şimal-şərqində özlərinin dövlətini yarada bilməsindən narahatdır.

Türkiyə mətbuatı prezident Rəcəp Tayyip Ərdoğanın Suriya daxilində bufer zonası yaratmağa çalışdığı haqda məlumat verib. Lakin ABŞ-ın dəstəyi olmadığına və Türkiyə hərbi qüvvələri buna meyl göstərmədiyinə görə Baş nazir Əhməd Davudoğlunu hər əhval-ruhiyyəsini dəyişdirməyə vadar etdi.

Lakin bazar ertəsi Suruçda bomba hücumundan sonra müharibə təbilləri yenə də yüksəldi.

Terrorçu hücumlarının hədəfi Türkiyənin ərazi bütövlüyünün və xalqın birliyinin, sülhün pozulmaqdır.
Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan

Baş nazirin müavini Yalçın Akdoğan hücumla bağlı narahatlıqlarını Twiter sosial şəbəkəsində bildirib. "Terrorçu hücumları Türkiyənin ərazi bütövlüyü, xalqın birliyi və sülhü hədəf alıb", deyə o bildirib. O, dövlət, hökumət və xalqın bu hücumların qarşısını alacağına söz verib.

Suruçda baş verən hücum Türkiyə rəsmilərinin İŞİD-ə qarşı mübarizədə rolunu artırmağa başlamasıdan sonraya təsadüf edir. Ərdoğan hökuməti Suriya prezidenti Bəşər Əl-Əsədin devrilməsi üçün cihadçılara dəstək verməkdə günahlandırılmışdı Keçən həftə Türkiyə təhlükəsizlik qüvvələri şübhəli bilinən onlarla militantı həbs edib.

Ölkənin cənubunda Suriyada döyüşən cihadçılara rəğbətin artması müşahidə edilir. Yerli sakinlər arasına bəziləri Kürdlərə qarşı döyüşən İŞİD-a rəğbətlə yanaşdıqlarını gizlətməyərək, kürdlərdənsə cihadçıların qonşuluqda olmasına üstünlük verdiklərini bildirir.

XS
SM
MD
LG