Accessibility links

Prokuror Müsavat fəalına 7 il həbs istəyib [Vəkil Xalid Bağırovla audio-müsahibə]


Yadigar Sadıqov
Yadigar Sadıqov

Vəkil Xalid Bağırovun Amerikanın Səsinə müshibəsi

Dekabrın 23-də Lənkəran rayon məhkəməsində prokuror Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqova 7 il həbs istəyib.

Vəkil Xalid Bağırovla müsahibə
please wait

No media source currently available

0:00 0:03:44 0:00
Direct link

Bu, Sadıqovun ittiham edildiyi 221.3-cü (silah tətbiq etməklə xuliqanlıq) maddəsi üzrə maksimum cəzadır.

Vəkil Xalid Bağırov Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmə istintaqı dekabrın 4-də başa çatsa da, bu gün prokuror hakimə ekspertizanın rəyini oxumağı təklif edib.

Bu, təqsirləndirilən şəxsin və müdafiə tərəfinin etirazlarına səbəb olub, çünki məhkəmə istintaqı başa çatdıqdan sonra ittiham tərəfin dəlillərinə baxıla bilməz.

Hakim ekspertiza materiallarını oxuyub, Sadıqov isə bir daha işin siyasi xarakterli olduğunu bildirib.

Növbəti iclas yanvarın 13-nə təyin edilib. Həmin iclasda vəkillərin çıxışları gözlənilir.

Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər/Rayon Polis Şöbəsində saxlanıb.

Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.

Sadıqovun vəkili ittihamı tamamilə saxta və siyasi əsaslı hesab edir. Onun sözlərinə görə, məhkəmə istintaqı Sadıqovun təqsirini sübuta yetirməyib. İttiham tərəfin bütün şahidləri bələdiyyə və yerli icra hakimiyyəti ilə əlaqəlidir. Hadisə günü onlar çayxanada olmayıblar, kənd sakinləri də bunu təsdiq edir.

Maraqlıdır ki, məhkəmə müdafiə tərəfin mobil rabitə operatorlarından bu şəxslərin hadisə zamanı harada olduğu haqqında məlumat istənilməsi haqqında vəsatətini təmin etməyib. “Zərərçəkmiş” özü isə daha əvvəl narkotik saxlamaq ittihamı ilə mühakimə olunub.

Sadıqovun “zərərçəkmiş” və “şahidlərlə” üzləşməsi zamanı çəkilmiş videomateriallar da məhkəməyə təqdim edilməyib. İstintaq bunu “texniki səbəblərdən” materialların məhv olması ilə əsaslandırıb.

Sadıqov cənub bölgəsində fəal müxalif siyasətçilərdəndir və əhali arasında məşhurdur. O, həmçinin facebook-da fəal idi. Sadıqov Müsavat lideri İsa Qəmbərin Lənkərana səfərini təşkil edirdi. Lakin polis və hakim partiyanın yerli fəalları səfərə mane olub.
XS
SM
MD
LG