Accessibility links

Bloger Mehman Hüseynov: Dedilər ki, “Coni boğ” deyəndə kimi nəzərdə tutursan [Video-müsahibə]


O bu gün 6 saat Baş Prokurorluqda saxlanıb. “5 saniyəlik fraqmentə görə məni 6 saat dindirdilər”

Bloger Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində saxlanmasından, Respublika Prokurorluğunda sorğu-sual edilməsindən, “300 spartalı” video rolikindən, sosial şəbəkələrdə fəallığı ilə bağlı xəbərdarlıq edilməsindən danışıb. Xatırladaq ki, “300 spartalı” video roliki Mehman Hüseynov saxlandıqdan sonra populyarlaşıb və son saatlarda 16 min (ümumilikdə 19 min 520 baxış var) dəfədən çox izlənib.

Müsahibədən seçmələr:

Səhər saat 10-na qalmış məni ofisimizin yanından oğurladılar
- Səhər saat 10-na qalmış məni ofisimizin yanından oğurladılar. Əvvəlcə Bakı şəhər Baş Polis İdarəsinə aparırdılar, sonra kiminləsə telefonla danışdıqdan sonra Daxili İşlər Nazirliyinə aparmaq qərarına gəldilər. Daha sonra kiminləsə məsləhələşdikdən sonra Baş Prokurorluğa apardılar.

- Baş Prokurorluqda bildirdilər ki, dünən gecə prezidentliyə namizəd barədə video hazırlayıbsan. Həmin video bizi narahat edib, çox böyük problemlər yaradıb. Onlar dedilər ki, videoda 5 saniyəlik məqam var, o bizi narahat edir.

Onlar dedilər ki, videoda 5 saniyəlik məqam var, o bizi narahat edir.
- Həmin beş saniyə “300 spartalı” filmindən bir fraqmentdir. Kadrda prezidentliyə namizəd Cəmil Həsnlinin səsi ilə deyilir ki, “bu hakimiyyət getməlidir”. Təpiklə qara dərili insana vururlar, o quyuya düşür.

- O beş saniyə ilə bağlı məni altı saat dindirdilər. Deyirdilər ki, o beş saniyə ilə sən nə demək istəyirdin? Hakimiyəyt gedir və kim quyuya düşür. Sonra orada “Coni boğ” lətifəsindən sözlər var. Dedilər ki, “Coni boğ” deyəndə kimi nəzərdə tutursan. Mən bir az gülümsədim. Ancaq özləri də sual verəndə gülümsəyirdilər.

Ancaq özləri də sual verəndə gülümsəyirdilər.
- Dedim ki, bu siyasi satiradır. Bu cür siyasi satirik videolar bütün ölkələrdə seçkilər ərəfəsində hazırlanır. Bu normal qarşılanır və bir mədəniyyətdir.

- Məni 6 saat dindirib xəbərdarlıq ediblər ki, seçki ərəfəsində özünü bir az ağıllı apar, bir az tənqidlərini azalt. Çünki biz istəmirik ki, burada ərəb inqilabları yaşansın.

- Axırda bir daha bildirdilər ki, biz səni bu videolarla bağlı yenə narahat edəcəyik. Demək istəyirdilər ki, səni nəzarətdə saxlayırıq.

- Onlar deyirdilər ki, videonun 5 saniyəsində iğtişaşlara çağırış edirsən. Spartalı qara dəriliyə təpik vurur, o quyuya yıxılır. Sən orada cəmiyyətə mesaj verirsən, video çağırış edirsən.

Spartalı qara dəriliyə təpik vurur, o, quyuya yıxılır.
- Mən onlara bildirdim ki, hazırladığım video məhsullarda heç bir qanunsuzluq yoxdur.

- Bu sorğular məni qorxutmir və bundan sonra video roliklər daha çox çəkilib yayılacaq.

Show comments

XS
SM
MD
LG