Accessibility links

Azərbaycanda ifadə azadlığı – durum pisləşir [Mehman Əliyevlə video-müsahibə]


Mehman Əliyev: Elmar Hüseynovun qətlindən sonra vəziyyət daha da pisləşib
please wait

No media source currently available

0:00 0:06:02 0:00

Mehman Əliyev: Elmar Hüseynovun qətlindən sonra vəziyyət daha da pisləşib

RATİ-nin hesabatı və Mehman Əliyevin Amerikanın Səsinə müsahibəsi durumun ağır olduğunu deyir. Rəsmi Bakı isə mətbuat azadlığının olduğunu iddia edir. Elmar Hüseynovun məzarı ziyarət edilib

Azərbaycanda ifadə azadlığı sahəsində vəziyyət pisləşməkdə davam edir. 2013-cü ilin əvvəllərindən etibarən jurnalistlərə qarşı onlarla fiziki hücum faktı qeydə alınıb, yeddi KİV nümayəndəsi həbsdədir, müxalif nəşrlər böyük cərimələrə məruz qalır, hakimiyyət onlayn məkan üzərində nəzarət qurmağa ​çalışır. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ​direktoru Emin Hüseynov mayın 3-də Azərbaycanda 2012-ci ildə və 2013-cü ilin birinci rübündə ifadə azadlığı sahəsində vəziyyət haqqında RATİ-nin hesabatının
Elmar Hüseynovun qəbirüstü abidəsinə həkk olunmuş Monitor jurnalı
Elmar Hüseynovun qəbirüstü abidəsinə həkk olunmuş Monitor jurnalı
təqdimatında bildirib.

Təqdimat Ümumdünya mətbuat azadlığı gününə həsr edilib.

Hüseynov təəssüflə hakimiyyətin vətəndaş cəmiyyəti ilə ifadə azadlığı məsələləri ilə bağlı dialoqa hazır olmadığını qeyd edib.

Buna misal kimi o, hakimiyyətin RATİ və ATƏT-in Bakı ofisi tərəfindən mayın 2-də təşkil edilmiş konfransda iştirakdan imtina etməsini və alternativ tədbir keçirməsini göstərib. Bu tədbirdə ifadə azadlığı sahəsində problemlərə məhəl qoyulmayıb və vəziyyətin yaxşı olduğu iddia olunub.

Bu arada, Hüseynov qeyd edib ki, vəziyyət ağır olaraq qalmaqdadır.

2005-ci ilin martında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun və 2013-cü ilin noyabrında qətlə yetirilmiş publisist Rafiq Tağının qatilləri hələ də tapılmayıb.
Hakimiyyətin siyasi sifarişi ilə həbs edilmiş 7 jurnalist həbsdə qalmaqda davam edir.

Eyni zamanda, Hüseynov regional “Xəyal TV” televiziyasının 1 mart 2012-ci il Quba hadisələri ilə bağlı həbs edilmiş iki jurnalistinin bir il sonra sərbəst buraxılmasını müsbət qiymətləndirib.

Lakin jurnalistlər şərti azadlığa buraxılıb və bu onların ifadə azadlığına mənfi təsir göstərəcək, Hüseynov belə hesab edir.

Hesabatlarda bir qrup məsələlər – jurnalistlərə qarşı fiziki təzyiq, onların cinayət təqibi, onlayn mediada problemlər, məhkəmə cərimələri və s. üzrə vəziyyət qiymətləndirilib.

Bundan başqa, “mətbuat düşmənləri” siyahısı tərtib edilib. Siyahıya prezident İlham Əliyevin, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, müdafiə naziri Səfər Əbiyevin və başqalarının adları daxil edilib.

Elmar Hüseynovun qəbirüstü abidəsi
Elmar Hüseynovun qəbirüstü abidəsi
Dövlət başçısı real azad KİV-lərin inkişafı üzrə addımlar atmır, eyni zamanda KİV haqqında qanunvericiliyə mürtəce düzəlişlərin təşəbbüskarı olur və ya onları dəstəkləyir.

RATİ vəziyyətin tənqidi ilə yanaşı, vəziyyətin yaxşılaşdırılması üzrə bir sıra tövsiyələr irəli sürüb. Tövsiyələrə həbs edilmiş jurnalistlərin azad edilməsi, jurnalistlərə qarşı cinayətlərdə təqsiri olanların cəzalandırılması, diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsi yer alıb.

Tədbir başa çatdıqdan sonra jurnalist ictimaiyyətinin və hüquq müdafiəçilərinin bir qrup nümayəndəsi 2 mart 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qəbrini ziyarət edib.

Elmar Hüseynovun qəbri başında Amerikanın Səsinə müsahibə verən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, jurnalistlərin qətlinə və onlara qarşı digər cinayətlərə görə cəzasızlıq azad mətbuata qarşı yeni hücumlara təşviq edir.

O, hakimiyyətin vətəndaş cəmiyyəti və media ilə dialoq qurmaq istəməməsinə və azad mətbuatın inkişafında maraqlı olmamasına diqqət çəkib.

Əliyev hakimiyyəti mediaya qarşı təzyiqlərə son qoymağa və həbs edilmiş 7 jurnalisti azad etməyə çağırıb.

Müsahibədən seçmələri təqdim edirik:

Artıq hakimiyyətlə müstəqil və müxalifət mediasının dialoqundan danışmaq olmaz.
- İlk dəfə olaraq Beynəlxalq Mətbuat Azadlığı Günündə hakimiyyət alternativ tədbir keçirdi. Bu mətbuat azadlığı sahəsində real vəziyyətin göstəricisidir. Artıq hakimiyyətlə müstəqil və müxalifət mediasının dialoqundan danışmaq olmaz.

- Azərbaycanda medianın 99 faizi hakimiyyətin təsiri altındadır. Mayın 2-də beynəlxalq təşkilatların təşkil etdiyi “təhlükəsiz danışmaq”la bağlı tədbirə 3-4 redaktor qatılmışdı. Hökumətin tədbirində isə 100-dən çox redaktor iştirak edirdi.

- Azərbaycanda seçkilərin azad və şəffaf şəraitdə işıqlandırılması çox ciddi problemdir, indiki durumda isə mümkün deyil. Media hakimiyyətin təsiri altındadır, seçiciyə obyektiv, balanslı informasiya çatdıra bilmir. Onlayn media ilə
Azərbaycanda medianın 99 faizi hakimiyyətin təsiri altındadır.
bağlı da qanuna dəyişiklik edilməsi gözlənilir. Bununla da onlayn mediaya da nəzarət ediləck.

- İlin əvvəlindən 51 jurnalist təzyiqlərə məruz qalıb. Bu göstərir ki, Elmar Hüseynovun qətlindən sonra media sahəsində vəziyyət daha da pisləşib. Mediaya və jurnalistlərə qarşı fiziki, mənəvi və məhkəmə yolu ilə təzyiqlər çoxalıb. Bu da onu göstərir ki, hakimiyyət jurnalisti susdurmaq üçün hər vasitədən istifadə edir.

- Beynəlxalq təşkilatların azad mətbuatın inkişafı ilə bağlı apardığı işlər effektiv olmayıb. Beynəlxalq təşkilatlar mətbuatın azadlığı ilə bağlı nə qədər çox vəsait xərcləyibsə, mətbuat azadlığı da bir o qədər çox məhdudlaşdırılıb. Bu həm də layihələrin necə işlədiyinin göstəricisidir. Onlar nəyə isə hakimiyyətlə dialoq
Beynəlxalq təşkilatların azad mətbuatın inkişafı ilə bağlı apardığı işlər effektiv olmayıb.
mühitində nail olmaq istəyirlər, amma hakimiyyət azad medianı düşmən kimi görür. Bu hakimiyyətlə media azadlığı sahəsində hər hansı dialoq mümkün deyil. Ona görə də azad medianın özünə dəstək verilməlidir.

Öz növbəsində rəsmi Bakı ölkədə mətbuat azadlığının təmin edildiyini bəyan edir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib ki, “Azərbaycanda heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz.

Azərbaycanda heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz.
“Əlbəttə böyük cəmiyyətik və baş verən hər hansı hadisədən sığortalanmamışıq. Jurnalistlərlə bağlı döyülmə və məhkəmə halları yaşanır. Biz iddia etmirik ki,
cəmiyyət bu problemlərdən tam qurtulub. Əsas məsələ ondan ibarətdir
ki, azad media mövcuddur”, o qeyd edib.

Əli Həsənov əlavə edib ki, “Azərbaycandakı hazırkı media mühiti öz
demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan
şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG