Accessibility links

Azərbaycan Ordusunun irimiqyası təlimləri davam edir [Fotoqalereya]


Azərbaycan Ordusunun hərbi təlimləri
Azərbaycan Ordusunun hərbi təlimləri

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərinin bu gün növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

Təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

Təlim nöqtələri, texniki təminat, təmir-bərpa, səyyar ideoloji məntəqələrinə və mobil səhra hospitalına baş çəkən müdafiə naziri Zakir Həsənov təlimdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb.

Təlimlər sentyabrın 20-dək davam edəcək.

XS
SM
MD
LG