Accessibility links

NATO Müəmmar Qəzzafinin doğma şəhəri Sirtədə hava hücumları həyata keçirib (Yenilənib)


NATO Müəmmar Qəzzafinin doğma şəhəri Sirtədə hava hücumları həyata keçirib (Yenilənib)
NATO Müəmmar Qəzzafinin doğma şəhəri Sirtədə hava hücumları həyata keçirib (Yenilənib)

NATO bildirir ki, üsyançılar Qəzzafi tərəfdarı qüvvələrlə toqquşmaya hazırlaşdığı zaman alyans Müəmmar Qəzzafinin doğma şəhəri olan Sirtədə hava hücumları həyata keçirib. Liviya üsyançılarının Qəzzafi ordusuna qarşı hücumlarını gücləndirdiyi və Müvəqqəti hökumətin paytaxta köçdüyü deyilir.

Britaniyanın medafiə naziri Liam Foks NATO-nun təkcə Qəzzafinin deyil, döyüşləri davam edə bilməsinlər deyə, onun hərbi qüvvələrinin dəhədəf alındığını deyib.

Bu arada, Beynəlxalq Miqrasiya Təşkilatının Liviyada qalan xarici vətəndaşları çıxarmaq üçün Tripoliyə daha bir gəmi göndərdiyi, eyni zamanda oraya 50 nəfərə qədər humanitar yardım işçisini çatdırdığı bildirlir. Dünən gecə çarter gəmisi ilə Liviyadan 263 xarici vətəndaş çıxarılıb.

XS
SM
MD
LG