Accessibility links

Prezident Obama müsəlmanları təbrik etdi

  • Amerikanın səsi

Prezident Obama müsəlmanları təbrik etdi

Prezident Obama müsəlmanları təbrik etdi

Ağ Ev prezident Barak Obamanın Ramazan bayramı münasibətilə müsəlmanlara təbrik mesajını açıqlayıb. Mesajda cənab Obama xanımı ilə bərabər ABŞ və dünyada yaşayan müsəlmanları bayram münasibətilə təbrik edir, və Ramazan mövsümünü “ailə və icmalar üçün fədakarlıq, xidmət və düşüncə” məqamı adlandırır.

“Milyonlarla insan bu etiqaddan ilham alaraq yoxsullara əl tutur. Biz bu il çoxlarının əsas ehtiyaclarını və fundamental azadlıqlarını təmin etmək üçün cəsurluqla mübarizə apardıqlarını gördük. ABŞ istər Afrika Buynuzunda aclıqdan əziyyət çəkən uşaq, istərsə də Yaxın Şərq və Şimali Afrikada azadlıq tələb edən adamların yanında dayanacaq,” deyə prezident bəyan edib.

XS
SM
MD
LG