Accessibility links

Barak Obama qanunvericilərə bir daha müraciət edib

  • Amerikanın səsi

Barak Obama qanunvericilərə bir daha müraciət edib

Barak Obama qanunvericilərə bir daha müraciət edib

ABŞ prezidenti Barak Obama bu gün Şimali Karolina ştatında yeni iş yerlərinin açılması və iqtisadiyyatın canlandırılmasına dair təklifinin təsdiqi çağırışı ilə qanunvericilərə müraciət edib. Çağırış Amerikada son 17 ildə yoxsulluq göstəricilərinin artdığı bir vaxta təsadüf edir. Amerika xalqına üz tutan cənab Obama 447 milyard dollarlıq planına dəstək əldə etməyə çalışıb. ABŞ dövlət başçısı deyib ki, planda yeni iş yerləri açan şirkətlərə vergi ixtisarı kimi imtiyazlar verilir. Barak Obama amerikalıları Konqresə təzyiq göstərib, Amerikanın İş Aktı adlanan sənədin təsdiqinə çağırmağa səsləyib. O deyib ki, Konrqes sənədi təsdiq etməsə, orta sinif amerikalıların vəziyyəti ağırlaşacaq. Prezident sənədin gəncləri müəllimlik, mühəndislik və inşaatçılıq kimi işlərlə təmin edəcəyini bildirib.

Amerikada işsizlik səviyyəsi 9.1 faiz təşkil edir. 14 milyon insan işdən kənarlaşdırılıb, milyonla adam yarımştat işlərdə çalışır.

XS
SM
MD
LG