Accessibility links

İranın iddiasına görə, "Google" casusluq alətidir


İranın iddiasına görə, "Google" casusluq alətidir

İranın iddiasına görə, "Google" casusluq alətidir

İranın informasiya naziri bəyan edib ki, İranın özünün internet şəbəkəsi təhlükəsizlik problemlərini həll edəcək.

"Google" axtarış sistemi deyil, casusluq alətidir. Trend Agentliyinin məlumatına görə, bunu İran polisinin rəisi İsmayıl Əhmədi Muqəddəm deyib.
Onun sözlərinə görə, informasiya təhlükəsizliyi sistemi İranı düşmənlərdən müdafiə etməlidir və bu məqsədə milli internetin buraxılması kömək göstərə bilər.
İranın informasiya naziri Rza Tağıpur bəyan edib ki, İranın özünün internet şəbəkəsi xərclər, təhlükəsizlik və buraxılış qabiliyyəti problemlərini həll edəcək.
Cənab Tağıpur bildirib ki, İranın daxili internet şəbəkəsi fəaliyyət göstərməyə başladıqdan bir neçə həftə sonra qlobal şəbəkə ilə rabitənin dəstəyinə çəkilən xərclər 30 faizə qədər azalacaq.
Daxili şəbəkənin məqsədi İran vətəndaşlarını təhlükəsiz informasiya mühiti ilə təmin etmək və İranı kiber-hücumlardan qorumaqdır. Nazirin sözlərinə görə, məxfiliyin qorunması və kiber-hücumların qarşısının alınması dünyanın bütün ölkələrini maraqlandırır.
Bu, dövlət idarələri və iri şirkətlərə internetə çıxış imkanı verə bilərdi, sıravi iranlı istifadəçilərə isə yalnız "Halal" (İslam qanunlara müvafiq olan vəsaitlər) şəbəkəyə çıxışı təqdim edəcək.
İran bir müddət əvvəl bəyan etmişdi ki, iranlıları World Wide Web-in zərərindən qorumaq üçün "Halal" internet şəbəkəsi üzərində işləyir. Prezident Mahmud Əhmədinejad hökuməti layihənin həyata keçirilməsinə 1 milyard dollar ayırıb.
İranlılar son günlər ləng internet trafikindən və "Facebook", "Twitter" daxil olmaqla bir çox saytlara çıxışları olmadıqlarından daha da məyus olublar.

XS
SM
MD
LG