Accessibility links

Ərəb Liqası Suriya böhranını həll etməyə çalışır


Ərəb Liqası Suriya böhranını həll etməyə çalışır

Ərəb Liqası Suriya böhranını həll etməyə çalışır

Ərəb Liqası Suriyada hökumətlə müxalif qruplar arsında davam edən qarşıdurmaya son qoymaq məqsədi ilə bir araya gələcəyini bildirib.

Liqanın baş katibi Nabil Elabari deyib ki, qrup 15 gün ərzində dialoqa başlamağı planlaşdırır. O, dünən Qahirədə ərəb xarici işlər nazirləri ilə keçirdiyi növbədənkənar iclasdan sonra danışıb.

Cənab Elabarinin sözlərinə görə, Suriyada baş verənlərə göz yummaq olmaz. "Döyüşlər, zorakılıqlar və qətllərə görə üzülürük. Ərəb Liqasını və bütün ərəb ölkələrinin Suraiyada böhrana son qoymaq barədə cavabdehliyi var" - deyə o bildirib.

İclasda Suriyanın Ərəb Liqasındakı səfiri Yusif Əhməd bir daha iddia edib ki, zorakılıqların kəskinləşməsində xarici qüvvələrin əli var.

XS
SM
MD
LG