Accessibility links

Suriya səfirlikləri xaricdəki fəallara hədə-qorxu gəlir

  • Henry Ridgewell

Suriya səfirlikləri xaricdəki fəallara hədə-qorxu gəlir

Suriya səfirlikləri xaricdəki fəallara hədə-qorxu gəlir

Britaniyadakı suriyalı fəallar Londonun varlı Belqravia məhəlləsində yerləşən Suriya səfirliyinin hədə-qorxu kampaniyası apardığını iddia edirlər.

Suriya səfirlikləri xaricdə yaşayan fəallara və etirazçılara qarşı hədə kampaniyası aparmaqda ittiham olunurlar. Amnesty International fəalların Suriyadakı qohumlarına qarşı təqib kampaniyası aparıldığını bildirib.

Britaniyadakı suriyalı fəallar Londonun varlı Belqravia məhəlləsində yerləşən Suriya səfirliyinin hədə-qorxu kampaniyası apardığını iddia edirlər.

Burada müntəzəm olaraq prezident Bəşar əl-Əsəd hökumətinə qarşı nümayişlər keçirilir.

Siyasi fəal Qiyas Əlcundi son nümayişlərdə iştirak edib: “Səfirlikdən mənə kimsə zəng edərək rejim əleyhinə çıxışlarıma son qoymağa çağırdı. Həmin adam mənə dedi ki, istənilən anda mənə və ailəmə əlləri çata bilər. Mənim ailəm hamısı Suriyadadır.”

Razan Saffur Britaniyada boya başa çatıb, amma o, da anti-Əsəd protestlərinin tərkib hissəsidir. Saffur adamların Müsəlman Qardaşları kimi damğalanacağı və vətənə buraxılmayacağı barədə xəbərdarlıqla üzləşdiklərini deyir.

Amnesty International ABŞ da daxil olmaqla səkkiz ölkədə bu növ hədələmə kampaniyalarının keçirildiyini deyib.

Neil Sammons Amnesty-də Suriya üzrə ekspertdir: “Bizə məlum olub ki, insanların Suriyadakı ailə üzvləri ilə kəşfiyyat agentliyi əlaqə saxlayıb. Azı səkkiz adam saxlanılıb. Dördü işgəncəyə məruz qalıb. İki adam yoxa çıxıb.”

Amnesty xarici hökumətləri xaricdəki suriyalıları qorumağa çağırıb.

Suriyanın Londondakı səfirliyi müsahibə verməkdən imtina edərək bəyanat yayıb. Bəyanatda Suriya diplomatik elçiliyinin beynəlxalq konvensiyalara əməl etdiyi bildirilir.

Səfirliyin qarşısında isə insanlar üzərlərində adlarının yazıldığı şüarlar tutublar. Onlar Əsəd hökumətindən qorxmadıqlarını deyirlər.

XS
SM
MD
LG