Accessibility links

Bəşar Əl-Əsədin tərəfdarları Dəməşqdə nümayiş keçirib


Bəşar Əl-Əsədin tərəfdarları Dəməşqdə nümayiş keçirib
Bəşar Əl-Əsədin tərəfdarları Dəməşqdə nümayiş keçirib

On minlərlə suriyalı ölkə paytaxtı Dəməşqə toplaşaraq prezident Bəşar Əl-Əsədə dəstək yürüşü keçiriblər.

Təşkilatçılar deyib ki, nümayişçilər habelə Çin və Rusiyaya Suriyanı dəstəklədikləri üçün təşəkkürlərini bildirib. Dövlətin nəzarətində olan Sana xəbər agentliyinin məlumatına görə, iştirakçılar xarici müdaxiləyə qarşı olduqlarını da ifadə ediblər.

Keçən həftə Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymuşdu. Qətnamədə Suriya mülki nümayişçilərə qarşı zorakılıqlar həyata keçirdiyinə görə ittiham olunurdu. Ancaq hər iki ölkə Suriya hökumətini sp verdikləri islahatlar prosesini sürətləndirməyə çağırmışdı.

Aylardı ölkədə keçirilən hökumət əleyhinə etiraz aksiyaları zamanı nümayişçilər cənab Əsədi ölkəni tərk etməyə çağırır.

XS
SM
MD
LG