Accessibility links

Rəcəb Təyyib Ərdoğan nüvə silahına malik olan İsrailin Yaxın Şərqə təhlükə olduğunu deyib


Rəcəb Təyyib Ərdoğan nüvə silahına malik olan İsrailin Yaxın Şərqə təhlükə olduğunu deyib

Rəcəb Təyyib Ərdoğan nüvə silahına malik olan İsrailin Yaxın Şərqə təhlükə olduğunu deyib

Cənubi Afrikada səfərdə olan Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan çıxışında nüvə silahına malik olan İsrailin Yaxın Şərqə təhlükə olduğunu deyib. Lakin cənab Ərdoğan verdiyi bəyanatın səbəbini açıqlamayıb. İsrail dövləti indiyədək atom silahına malik olub-olmadığı barədə məlumat verməkdən imtina edir.

Keçən il İsrail kommandolarının Qəzza Zolağına yardım daşıyan türk gəmisinə ölümlə nəticələnən hücumundan sonra iki ölkə arasında münasibətlər gərginləşib.

XS
SM
MD
LG