Accessibility links

Sabir Rüstəmxanlı: Bütöv Azərbaycanın istiqlalına hazırlaşmalıyıq [Video-Müsahibə]


DAK həmsədrinin Amerikanın Səsinə müsahibəsi

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Amerikanın Səsinə müsahibəsində İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, Yeni GAMOH liderlərinin həbsi və aclıq aksiyası, Urmiya gölünün qurumasına hökumətin seyrçi mövqeyi, milli haqlar uğrunda mübarizə aparan fəallar, Həsən Ruhaninin hakimiyyəti ilə bağlı tənqidi açıqlamalar verib.

Sual: Güney Azərbaycanda, İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi sahəsində vəziyyət necədir? Son zamanlar çoxsaylı azərbaycanlılar həbsdədir.

Cavab: Bu sahədə əslində bir yenilik yoxdur. İldən-ilə vəziyyət yaxşılaşmaqdansa, daha da pisləşir. Azərbaycanlılara qarşı sayğısız münasibət, ana dilinin sıxışdırılması, hüquqlarının əllərindən alınması, torpaqlarına başqa adamların gətirilib yerləşdirilməsi bizi daim narahat edir.

19 gündən bəri güneydə milli fəalların həbs edilməsi, onların hər birinin 9 il azadlıqdan məhrum edilməsi və aclıq edənlərə çox böyük zülm edilməsi, onların çağırışlarına məhəl qoyulmaması bizi ağrıdır.
Amma, son vaxtlar xüsusən 19 gündən bəri güneydə milli fəalların həbs edilməsi, onların hər birinin 9 il azadlıqdan məhrum edilməsi və aclıq edənlərə çox böyük zülm edilməsi, onların çağırışlarına məhəl qoyulmaması bizi ağrıdır. Bütöv Azərbaycan, xüsusilə Quzey Azərbaycan ziyalılarını dərindən narahat edir. Bütün bu məsələlər ictimaiyyətin və medianın gündəmindədir. Daim hamı bu barədə danışır.

Amma, təəssüf ki, mətbuatda bir davamlılıq yoxdur. Dünya Azərbaycanlıları Konqresindən başqa heç bir təşkilat, yəni bizim diaspor təşkilatları hələ buna öz münasibətini bildirmir. Davamlı olaraq İranda insan haqları beynəlxalq ictimaiyyətin, BMT-nin diqqətində dayanmalıdır.

Bir sıra qurumlar var ki, İranda seçkilərdən sonra nəyəsə ümid bəsləyirlər. Amma İranda heç nə dəyişilməyəcək.

Sual: Yeri gəlmişkən Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) liderləri Həsən Ruhani hakimiyyətə gəldikdən sonra həbs edilib və onlar haqqında məhkəmə hökmləri olub. Yeni GAMOH liderləri həmin günlərdən başlayaraq aclıq edir. Münasibətiniz necədir? Yeni hakimiyyət azərbaycanlılara qarşı münasibəti dəyişəcəkmi?

Həsən Ruhaninin hakimiyyətinə bəslənən ümidlərə gəlincə, mən bu ümidləri boş və əsassız hesab edirəm.
Cavab: Yeni GAMOH-un bütün hərəkətlərini alqışlayıram və onları dəstəkləyirəm. Onların liderlərinin atdıqları addımları, liderlərinin bəyanatlarını izləyirəm. Sevinirəm ki, güneydə belə açıq öz varlığını və atacağı addımları xalqa bəyan edən, fəaliyyətini gizlətməyən belə bir təşkilat var.

Həsən Ruhaninin hakimiyyətinə bəslənən ümidlərə gəlincə, mən bu ümidləri boş və əsassız hesab edirəm. Ruhani vaxtı ilə İranın bir sıra gizli və çox mühüm təşkilatlarına başçılıq edib. Məhz onun vaxtında güney azərbaycanlılarına olmazın zülmlər göstərilib, terror əməlləri həyata keçirilib, milli fəallar evlərin yüksək mərtəbələrindən atılıb, qadının, qızın, gəncin, uşağın hüquqlarına məhəl qoymadan, onlara zülm törədilib.

Ona görə də belə bir adamın gəlişindən sonra İranda nəyinsə dəyişiləcəyinə ümid bəsləmək çox sadəlövlük olardı və mən də belə bir ümid bəsləmirəm.

İkincisi də İranda bunların hamısı ali dini rəhbərə bağlıdır. Ali dini rəhbərin sərəncamı, göstərişi, onunla bağlı olan idarələrin himayəsi olmadan orada seçki ilə gələn hansısa şəxsin nəyisə dəyişəcəyinə bel bağlamaq olmaz. Başqa seçkilərdə heç olmasa namizədlər İrandakı digər xalqlara müəyyən vədlər verirdilər. Amma bu adamlar heç bu vədi də verməyiblər.

Bunların təsəvvüründə İranda bir xalq yaşayır, o da farslardır. Yerdə qalan xalqlar onlar üçün insan sayılmır. Ən böyük səhvləri, günahları da budur.

Onlar İran xalqının qarşısında məsuliyyət daşıyır. 77 milyon əhalisi olan bir ölkədə 16 milyonun səsi ilə hakimiyyətə gəlmək və yerdə qalanlarının da əvəzindən danışmaq, onları millət saymamaq böyük bir günahdır.

Sual: Güney Azərbaycanda, İranda aclıq edən azərbaycanlılara sözünüz, müraciətiniz?

Bu mübarizədə Güney, Quzey Azərbaycan ayrıcılığı olmamalıdır. Biz öz milli taleyimizi bir yerdə həll etməliyik.
Cavab: Mən onların mübarizəsini alqışlayıram. Eyni zamanda hesab edirəm ki, bu mübarizə uzun bir yoldur, bu böyük bir milli mücadilədir, milli mübarizədir. Bu mübarizədə Güney, Quzey Azərbaycan ayrıcılığı olmamalıdır. Biz öz milli taleyimizi bir yerdə həll etməliyik. Bir-birimizin səsini eşitməliyik, ağrısını-acısını duymalıyıq. Zamanında biz onlara, onlar bizə dəstək verməyi bacarmalıyıq.

Amma, bu mübarizəni bir addımla da həll etmək mümkün deyil. Ona görə də uzun sürən bir aclıqla özlərini üzmələrini də qəbul etmirəm. Güman edirəm, dünya da biz də onların səsini duyduq. Mübarizələrini davam etdirmək üçün aclığı dayandırmalıdırlar, özlərini üzməməlidirlər. Onların sağlamlığı bizim gələcək mübarizəmiz üçün son dərəcə önəmlidir.

O ki qaldı onlara nahaq yerə həbs kəsilib, buna tək biz yox bütün Güney Azərbaycan xalqı etiraz etməlidir. Xalq ayağa qalxmalıdır. Təəssüf ki, son vaxtlar bizim millərimizin müqavimət qüvvəsi zəifləyib. Burada Qarabağ savaşından başlamış, Qərbi Azərbaycan (Ermənistan) ərazisi əlimizdən çıxanda, Zəngəzur, Göyçə mahalı, digər bir çox torpaqlarımız və hüquqlarımız əlimizdən gedəndə, Azərbaycan parçalananda biz bir olsaydıq bunların qarşısını alardıq. Bizim mübarizliyimiz, müqavimət gücümüzün böyüklüyü son dərəcə önəmlidir. Biz bütöv millətimizi Azərbaycanın bütövlüyü uğrunda milli savaşımıza, istiqlal mübarizəsinə hazırlamalıyıq.

Sual: Vəziyyətdən çıxışı nədə görürsünüz? İranda neçə hakimiyyətlər dəyişir, hamısı gələndə vəd verir və sonradan yerinə yetirmir. Güney Azərbaycanda, İranda yaşayan azərbaycanlılar nə etməlidir?

Bu bir anti-islam dövlətidir.
Cavab: Onlar bilməlidirlər ki, İranda islam cümhuriyyəti adlanan bir şey yoxdur. Yəni islam cümhuriyyəti milləti aldatmağa xidmət edir. Islam bayrağı, islam adı altında sanki qurana, dinin ilkin dəyərlərinə qayıtmaq adına İranda bu gün bir fars şovinist rejim hökmranlıq edir. O bir fars dövlətidir. Bu bir anti-islam dövlətidir.

Əslində islam bütün xalqlara, insanlara sayqı dinidir. İslam, mərhəmət, gözəllik, sevgi, bütün xalqların hüququna hörmət bəsləyən bir dindir. İslamda hər bir insanın, xalqın yeri bilinir.

Amma, İranda bunların heç biri yoxdur. İranda islam adı altında bir millətə zülm edilir. Onun dili, torpaqları əlindən alınır. Urmiya kimi böyük bir təbiət abidəsi məhv edilir. Bu gölün 75 faizi duzlaşıb, bu duz bir millətin başına ələnəcək və bunu seyr edən müsəlman qardaşlarımız da deyəcək ki, islam dininə sayqılıdırlar.

Əslində bu islama qarşı olan bir hadisədir. Urmiya gölünü xilas etməyən, onun ətrafında yaşayan insanların taleyinə yanmayan adamların dindən, islamdan, allahdan danışmağa heç bir haqqı yoxdu
XS
SM
MD
LG