Accessibility links

Azərbaycan-ABŞ hərbi əlaqələri müzakirə edilib


Azərbaycan-ABŞ hərbi əlaqələri ilə bağlı konfrans keçirilib
Azərbaycan-ABŞ hərbi əlaqələri ilə bağlı konfrans keçirilib

Hərbi əməkdaşlıq üzrə "2016-cı il üçün İş Planı"nın layihəsi müzakirə edilib

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrinin razılaşdırılması üzrə konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, konfransda ölkələr arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il üçün İş Planı"nın layihəsi müzakirə edilib.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.

XS
SM
MD
LG