Accessibility links

Amerika Sülh Korpusunun 11-ci könüllülər qrupu and içib


 Sülh Korpusu
Sülh Korpusu

27 könüllü Azərbaycanda fəaliyyətə başlayacaq

ABŞ Sülh Korpusunun 11-ci könüllülər qrupu Azərbaycanda missiyaya başlayır. İyunun 14-də Sülh Korpusunun Azərbaycandakı nümayəndəliyi 11-ci könüllülər qrupunun 27 üzvünün andiçmə mərasimi olub.
Sülh Korpusu Azərbaycanda fəaliyyətinin 10-cu ilini qeyd edir.

Bu il proqram çərçivəsində iyunun 21-dən etibarən könüllülər Azərbaycanın 21 rayonunda müxtəlif təşkilat və məktəblərdə öz bilik və bacarıqlarını Azərbaycan icmalarının və təşkilatlarının inkişafına sərf edəcəklər.

ABŞ səfiri Riçard Morninqstar bildirib ki, bu proqram çərçivəsində könüllülər Azərbaycan haqqında çox şey öyrənirlər.

“Bu, həm də regionlarda yaşayan azərbaycanlılarda amerikalılar barədə təsəvvür formalaşdırmaq üçün gözəl imkandır”, o qeyd edib.

Səfir jurnalistlərə qısa açıqlamasında bildirib ki, Sülh Korpusu siyasi fəaliyyətlə məşğul olmur.

Sülh Korpusunun Naxçıvan Muxtar Respublikasında təmsil olunmamasının səbəbinə gəldikdə, səfir bunun səbəbini bilmədiyini və maraqlanıb bunu öyrənəcəyini bildirib.

O, könüllüləri Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa və sevməyə çağırıb.

Qeyd edək ki, Sülh Korpusu Proqramı 1961-ci ildə ABŞ hökuməti tərəfindən təsis olunub. O vaxtdan ABŞ-dan olan 210 mindən artıq könüllü dünyanın 139 ölkəsində proqramda iştirak edib.
XS
SM
MD
LG