Accessibility links

Suriya müxalifəti Milli Şura yaratdı


Kiçik qızlar Amude şəhərində Suriya prezidenti Bəşar əl-Əsədə qarşı nümayişə qatılıblar
Kiçik qızlar Amude şəhərində Suriya prezidenti Bəşar əl-Əsədə qarşı nümayişə qatılıblar

Suriya müxalifət qrupları prezident Bəşar əl-Əsədin hökuməti əleyhinə fəaliyyət göstərəcək milli şura yaradıblar.

Bu haqda açıqlamanı müxalifət təmsilçisi Burhan Qaliun İstanbul şəhərində keçrilən görüşlərin ikinci günündə verilib.

Cənab Qaliun bildirib ki, şuranın hədəfi Suriya xalqının dinc yolla Əsəd hökumətini hakimiyyətdən uzaqlaşdırmaq barədə arzularına cavab verməkdir. Qaliun Suriyada xarici müdaxilə ideyasını rədd edib, amma beynəlxalq ictimaiyyəti Suriya hökumətinin "əleyhinə müharibə apardığı xalqı" qorumağa çağırıb.

Suriya Milli Şurası bütün müxalifət qruplarını vahid cəbhədə birləşdirməyi nəzərdə tutur.

Suriyanın daxilində, Rastan şəhərində bir neçə gün davam edən döyüşlərdən sonra sakitlik hökm sürür. Burada müxalifət tərəfə keçən ordu əsgərləri hökumət qüvvələri ilə atışıblar.

Dəməşqdən 180 kilometr şimalda yerləşən əraziyə tank və helikopterlərin müşayiəti ilə yeridilən qoşunlar dünən şəhərə nəzarəti ələ alıblar.

Son altı ayda baş qaldıran etiraz dalğası zəminində prezident Əsədə sadiq qüvvələr 2700 adam öldürüblər.

XS
SM
MD
LG