Accessibility links

Rusiya və Çin Suriyaya qarşı sanksiyalara veto qoydu


Rusiya və Çin Suriyaya qarşı sanksiyalara veto qoydu

Rusiya və Çin Suriyaya qarşı sanksiyalara veto qoydu

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Surayaya qarşı mümkün sanksiyaları özündə əks etdirən qətnaməyə veto qoyub.

Qətnamədə deyilir ki, Suriya liderləri müxalif nümayişçilərə qarşı qəddar zorakılıqlarını davam etdirdiyi təqdirdə ölkəyə qarşı sanksiyalar tətbiq oluna bilər. Bu veto ABŞ və Avropanın qəzəbinə səbəb olub.

ABŞ-ın BMT-dəki səfiri Susan Rayz bildirib ki, Fransa, Böyük Britaniya, Almaniya və Portuqaliya tərəfindən yazılan qətnaməyə Suriyaya silah satan ölkələr qarşı çıxıb. Onun sözlərinə görə, bu veto ABŞ-ın narazılığına səbəb olub.

Təklifdə Suriyada qarşıdurmalara təcili son qoyulması tələb olunur və BMT ölkədə zorakılıq və hədə-qorxu olmadan siyasi proseslər üçün azad atmosferin yaradılmasına çağırır.

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin isə deyib ki, avropalıların mübahisəli yanaşması böhranın dinc yolla aradan qaldırılmasının əleyhinədir.

Qətnamənin veto ilə üzləşməməsi üçün 4 Avropa ölkəsi dəfələrlə onun üzərində iş aparmalı olmuşdu.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG