Accessibility links

Təbrizdə və Ərdəbildə Azərbaycan əleyhinə aksiya keçirilib


Aksiyalarda əsasən “Bəsic” üzvləri və hökumətyönümlü axundlar iştirak edib.

Mayın 18-də İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə və Ərdəbil şəhərində yüzlərlə dindar cümə namazından sonra aksiyaya çıxıb Bakıda “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsinə etiraz bildirib.

“Media forum” saytının məlumatına görə, aksiyada əsasən İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri, hökumətyönümlü axundlar iştirak edib.

Təbrizin “Saat” meydanına qədər yürüş keçirən aksiyaçılar “Azərbaycan şiəsi - qəbul etməz zilləti”, “Qarabağ homoseksualların rəqs və avazı ilə azad edilməyəcək”, “Amerikaya ölüm”, “Sionist rejimə ölüm” və digər şüarlar səsləndirərək Bakıda keçiriləcək mahnı yarışının ləğvini tələb ediblər.

Ərdəbildə də aksiya eyni şüarlarla keçirilib.

XS
SM
MD
LG