Accessibility links

Prezidentlik uğrunda Respublikaçıların namizədliyə iddialısı Mit Romni noyabr ayında prezident Barak Obama ilə mübarizəyə qoşulmaq üçün bu gün öz üstünlüyünü daha da artırmağa hazır olduğunu bildirib.

Bu gün paytaxt Vaşinqton da daxil olmaqla 3 praymeri keçirilir. Digər iki ştat isə Vaşinqton yaxınlığındakı Merilend və Viskonsindir.

Hər üç ilkin seçkidə favorit görünən Romni namizədliyi əldə etmək üçün lazım olan nümayəndə sayının tam yarısını əldə etməyə yaxındır.

Massaçusetsin keçmiş qubernatorunun ən yaxın rəqibi Pensilvaniyadan sabiq senator Rik Santorumdur. Santorum deyir ki, Romninin böyük üstünlük əldə etməsinə baxmayaraq o, mübarizəni sonadək aparacaq.

XS
SM
MD
LG