Accessibility links

Hökumət məmurları iş yerindən çıxarkən blogeri döyüb təhqir ediblər. Onun bir qolu və dişi sınıb.

İran Üləmalar Məclisinin iqtidaryönlü üzvü ayətullah Əbülqasım Xəzəlinin oğlu, gənc müxalif bloqçu Mehdi Xəzəli tutulub. “Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mehdi Xəzəlini yanvarın 9-da iş yerindən çıxarkən tutub bilinməz istiqamətə aparıblar.
Gənc bloqçunun xanımı BBC televiziyasının farsdilli redaksiyasına açıqlamasında yoldaşının bir neçə gün qabaq bir sıra ifadələr verməsi üçün prokurorluğa çağırıldığını deyib: “Yoldaşıma yanvarın 9-na qədər vaxt vermişdilər ki, ifadə vermək üçün prokurorluğu getsin. Lakin həmin gün günorta çağı hökumət məmurları iş yerindən çıxarkən yoldaşımın üstünə cumublar və onu döyüb təhqir ediblər. Onun bir qolu və dişi sınıb”.
Hakimiyyəti və hökumət başçısı Mahmud Əhmədinejadı dəfələrlə tənqid etdiyinə görə bir neçə dəfə həbsə salınan Mehdi Xəzəli 2011-ci ilin noyabr ayında da İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub yazaraq onu ətrafındakı yaltaqları özündən uzaqlaşdırmağa və cəmiyyətdəki reallıqlarla bitərəf mənbələrin vasitəsilə tanış olmağa çağırmışdı.

XS
SM
MD
LG