Accessibility links

Müdafiə naziri hərbi aviasiyanın döyüşə hazırlığı ilə tanış olub


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

Zakir Həsənov son bir ayda üçüncü dəfədir ki, müxtəlif regionlarda hərbi aviasiya hissələrində olur

Azərbaycan müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə nazir Həsənov hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, ərazidəki yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.

Həsənov uçuş və mühəndis-texniki heyətlə keçirilən görüşdə hərbi qulluqçuların ruh yüksəkliyinin və döyüş əzminin bir daha şahidi olduğunu bildirib.

Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və keyfiyyətli yerinə yetirilməsi əlaqədar tapşırıqlar verib.

Xatırladaq ki, müdafiə nazirinin hərbi aviasiyanın döyüşə hazırlıq səviyyəsini yoxlaması Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin durmadan artdığı bir vaxta təsadüf edir. Son bir ay ərzində müdafiə naziri artıq üçüncü dəfədir ki, ölkənin müxtəlif regionlarında hərbi aviasiyanın döyüş hazırlığı ilə tanış olur.
XS
SM
MD
LG