Accessibility links

Şərqi Azərbaycanda iki türk fəal həbsə məhkum edilib


Həkimə Əhmədi və Yunus Quluzadə

Şərqi Azərbaycan vilayətinin inqilab məhkəmərində türk fəallar Həkimə Əhmədi və Yunus Quluzadəyə qarşı müvafiq olaraq 2 il və 6 ay həbs hökmü çıxarılıb.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) bildirdiyinə görə, Marağa İnqilab Məhkəməsi hazırda Marağa Həbsxanasında saxlanılan Həkimə Əhmədini “rejimə qarşı təbilğat” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə fəaliyyət” ittihamları ilə mühakimə edib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Əhmədi 2018-ci il oktyabrın 18-də nəzarət altına alındıqdan bəri məhkəmə hökmü olmadan həbsdə saxlanılıb. O, qanunsuz şəkildə nəzarətdə saxlanılmasına etiraz olaraq keçən yanvar ayında aclıq aksiyasi keçirib.

Hüquq müdafiəçiləri Həkimə Əhmədinin oktyabr 2018-də təhülkəsizlik qurumunda sorğu-sual edildiyi zaman işgəncəyə məruz qaldığına dair məlumat yaymışdılar.

Təbriz İnqilab Məhkəməsi isə “rejimə qarşı təbliğat” ittihamı ilə günahlandırdığı milli fəal Yunus Quluzadəni 6 ay həbsə məhkum edib.

Quluzadə 2019-cu ilin aprel ayında polis qüvvələri tərəfindən saxlanılıb və daha sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG