Accessibility links

Müjgan Siyami dörd aydır həbsdə


Müjgan Siyami

İnsan haqları qrupları İran Azərbaycanının Ərdəbil şəhərində fəaliyyət göstərən ictimai fəal və yazar Müjgan Siyaminin təqribən dörd aydır nəzarətdə saxlanıldığına dair məlumat yayıb.

İnsan haqları üzrə xəbər yayan HRA agentliyi, habelə “Mədəni və siyasi məhbusları müdafiə kampaniyası” bu barədə məlumat verib.

Türkcə-farsca “Saray” dərgisinin sahibinin keçən mart ayında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və daha sonra Ərdəbil Mərkəzi Həbsxanasına göndərildiyi bildirilir.

Siyaminin məhkəmə prosesinin hansı mərhələdə olduğu bilinmir.

HRA-ya məlumat verən mənbələr onun “müqəddəs dəyərləri təhqir etmək”, “İranın ali ruhani liderini aşağılamaq” və “ictimai rəydə təşviş yaratmaq” ittihamları ilə üzləşdiyini bildiriblər.

“Son Sekans” adlı türkcə hekayələr toplusunun müəllifi Müjgan Siyaminin adı 2017-ci ilin aprel ayında İran prezident seçkilərinə namizədliyini irəli sürən azsaylı qadınlardan biri olaraq gündəmə gəlmişdi.

Həmin günlərdə İLNA xəbər agentliyi xanım Siyaminin şəklini əlində tutduğu və üzərində “dini siyasətdən ayıracağam” cümləsi yazılmış bir plakatla yayımlamışdı.

Saray dərgisi
Saray dərgisi

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG