Accessibility links

Ərdəbil məhkəməsi Meysəm Colaninin həbs cəzasını 6 aydan 13 aya artırıb


Meysəm Colani
Meysəm Colani

Türk fəal Meysəm Colani daha əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmənin çıxardığı 6 ay həbs və 74 şallaq hökmünə etiraz etmişdi. Fəalın etirazı qəbul olunub, məhkəmə iclası yenidən təşkil edib, lakin Ərdəbil məhkəməsi həbs hökmünü 6 aydan 13 aya artırıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına əsasən, Ərdəbil Cəza Məhkəməsinin 102-ci şöbəsinin çıxardığı yeni hökmə görə, siyasi fəal “ümumi intizamı pozmaq” ittihamı ilə 13 ay həbs və 74 şallaq cəzasına məhkum edilib.

Yeni hökmün surəti sosial media və HRA agentliyinin veb səhifəsində yayılıb.

Meysəm Colani 2019-cu ilin noyabr ayında İranın müxtəlif vilayətlərində keçirilən kütləvi etirazlarla əlaqədar həbs olunmuşdu. O, bir müddət nəzarət altında qaldıqdan sonra zaman qarşılığında sərbəst buraxılmışdı.

Son vaxtlar İran Azərbaycanında şallaq və ya ağır həbs cəzalarına məhkum edilən fəalların bir neçəsi qiyabi olaraq mühakimə edilib. O cümlədən, Siyamək Mirzayi Cənubi Xorasan vilayətində sürgündə yaşadığı üçün Tehranda keçirilən məhkəmə iclasına, Əli Əzizi isə Təbrizdə həbsdə olduğu üçün Urmiyədəki məhkəmə iclasına qatıla bilməyib.

XS
SM
MD
LG