Accessibility links

Ərdəbildə bir məhbus edam edilib


Daha əvvəl qətl ittihamı ilə mühakimə edilmiş bir məhbusun şənbə günü Ərdəbilin mərkəzi həbsxanasında dar ağacından asıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən “İran HR” qrupu və HRA agentliyinin məlumatına görə, Məcid İsmayılzadənin edam hökmü aprelin 19-da səhər saatlarında icra olunub.

“Çox ehtimal ki, Məcid İsmayılzadə 8 il əvvəl qətl ittihamı ilə mühakimə edildiyi zaman yaşı 18-dən aşağı imiş,” İran HR qrupunun veb səhifəsində qeyd edilib.

Qrupun daha əvvəl yayımladığı hesabata əsasən, 2019-cu ildə İranda təqribən 300 məhbusun edam hökmü həyata keçirilib. Bunlardan ən az dördünün uşaq yaşlarında mühakimə olunduğu bildirilir.

İranda adətən Ramazan ayının ərəfəsində daha çox edam hökmü həyata keçirilir.

XS
SM
MD
LG