İranın rəsmi agentliyi İRNA daha əvvəl qətl ittihamı ilə mühakimə edilmiş bir məhbusun Ərdəbil Mərkəzi Həbsxanasında edam edildiyini bildirib.
Agentliyin bildirdiyinə görə, edam hökmü məhkəmə prosesi və “rəhbərdən icazə alma” mərhələsindən sonra həyata keçirilib.
İran qanunlarına görə, qisas hökmləri “dünya müsəlmanlarının hazırkı qəyyumu” olaraq təqdim edilən İranın dini liderindən icazə alındıqdan sonra tətbiq olunur. İran rəhbərinin bu səlahiyyəti hazırda İran Məhkəmə Sisteminin sədrinə həvalə etdiyi bildirilir.
“İran HR” qrupunun bildirdiyinə görə, 2019-cu ilin ilk altı ayında İranda azı 110 edam hökmü tətbiq edilib. İran rəsmiləri sadəcə 37 edam haqqında məlumat veriblər.
Hüquq müdafiəçiləri həmçinin daha əvvəl Şərqi Azərbaycan vilayətində “gizli” şəkildə həyata keçirilən və bu günə qədər xəbəri yayılmayan bir edam hökmünün tətbiqinə dair məlumat yayıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyi və “İran HR” qrupuna istinadən, keçən may ayında Marağa Həbsxanasında dar ağacından asılan Vəhid Nədamət təcavüz ittihamı ilə mühakimə edilmişdi.
Nədamətin edam edildiyi gün Təbriz Həbsxanasında isə Əkbər Əmir-Yaqubi adlı bir məhbusun edam edildiyi bildirilir.
“İran HR” qrupunun bildirdiyinə görə, 2019-cu ilin ilk altı ayında İranda azı 110 edam hökmü tətbiq edilib. İran rəsmiləri sadəcə 37 edam haqqında məlumat veriblər. Digər edamlar gizli şəkildə həyata keçirilib.
İnsan haqları qrupları gizli şəkildə tətbiq edilən edam hallarının bir sırasını ümumiyyətlə digər məhbusların yaxınları və ya daha sonra sərbəst buraxılmış məhbusların vasitəsilə əldə edə bilirlər.