Accessibility links

Konnektikutda məktəbə hücum qurbanlarının dəfn mərasimləri keçirilir [Fotoqalereya]


Birləşmiş Ştatların Konnektikut ştatının Nyutaun şəhərində ibtidai məktəbdə qətlə yetirilmiş 20 uşaq ve 6 adamın dəfn mərasimləri keçirilir.

Sendi Huk orta məktəbində qətlə yetirilən altı yaşlı uşaqdan ikisi bazar ertəsi günü dəfn olunub. Altı yaşlı Jack Pinto və Noah Ponzer torpağa tapşırılıblar. Qətliamda həlak olmuş uşaqlar altı və yeddi yaşlarında olublar.

Ştatın polis rəsmisi leytenant Paul Vansın dediyinə görə, məktəb hələ də nəzarət altındadır və xəfiyyələr işlə bağlı 24 saat təhqiqat aparır. Onun dediyinə görə, güllə ilə vurulan yaşlı adamlardan ikisi sağ qalıb.

President Barak Obama bazar günü axşam Nyutaun şəhərində yas mərasimində iştirak edib ve orada toplaşanlara onların kədərlərini paylaşdığını və ölkənin çətin suallar qarşısında qaldığını deyib.

O, gələcəkdə bu kimi faciələrin baş verməməsi üçün bütün səlahiyyətlərindən istifadə edəcəyinə söz verərək, hadisənin onun dörd il əvvəl president seçilməsindən sonra dördüncü kütləvi qətliam olduğunu qeyd etmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG