Accessibility links

İslam Əməkdaşlıq Təşkilatının konfransında Suriya münaqişəsi müzakirə olunub


Misirin paytaxtında Suriya münaqişəsinin müzakirəsi üçün toplaşan İslam ölkələrinin liderləri Məhəmməd Mursinin təklif etdiyi dialoq planı qəbul edib.

İslam Əməkdaşlıq Təşkilatının 57 üzvünün ikigünlük toplantısı Suryada siyasi dialoqa çağırış və 60,000 insanın ölümünə səbəb olmuş müharibənin təcili dayandırılması barədə bəyannamənin təsdiqi ilə başa çatıb .

Bəyannamədə liderlər Surya prezidenti Bəşər Əl-Əsəd hökümətini ölkədə iki ildir davam edən qırğında təqsirləndirib.

İslam Əməkdaşlıq Təşkilatı Suryanın üzvülüyünü keçən ilin avqust ayında dayandırıb və Əsadi ölümcül güc işlətdiyi üçün pisləyib.
XS
SM
MD
LG