Accessibility links

Əfqanıstan prezidenti təhlükəsizliyin gücləndirilməsinə söz verib


Əfqanıstan prezidenti Əşrəf Qani bu yaxınlarda Taliban qüvvələri tərəfindən insan ölümülə nəticələnmiş hücumları pisləyərək, mülki əhali və hərbçilərə qarşı zorakılıqların anti-islam mahiyyəti daşıdığını deyib.

Cənab Qani ölkənin dini, siyasi və ictimai liderlərini zorakılığı qınamağa çağırıb.

Bazar günü yerli məktəblərdən birində danışan cənab Qani zorakılıqların qəbuledilməz olduğunu deyib. “Bu hərəkətlər islama ziddir və qeyri-insani hərəkətlərdir”-deyə cənab Qani bildirib.

Son həftələr Əfqanıstanda silsilə bomba hücumları baş verib. Son ayda təkcə Kabildə xarici hərbi qüvvələrin 13 ildən sonra ölkəni tərk etməyə başlaması ilə qeyri-müəyyənlik yaratmağa və üstünlük əldə etməyə çalışan islamçı yaraqlılar tərəfindən 12 hücum keçirilib.

Bir neçə hücum zamanı Əfqanıstanda xarici vətəndaşlar hədəf alınıb.

XS
SM
MD
LG