Accessibility links

Çak Heygel 2015-ci ildə Əfqanıstanda əlavə min Amerika əsgərinin qalacağını deyib


ABŞ-ın vəzifədən getməkdə olan Müdafiə naziri Çak Heygel 2015-ci ilin ilk bir neçə ayı ərzində Əfqanıstanda əlavə min ABŞ əsgərinin qalacağını deyib.

Kabildə mətbuat konfransında danışan Çak Heygel bildirib ki, prezident Barak Obama Qərb ölkələrinin yanvar ayında başlayacaq NATO-nun dəstək missiyasına əsgəri qüvvə göndərilməsi ilə planlarını gecikdirdiyinə görə ABŞ əsgərlərinin ölkədən çıxarılması prosesində dəyişikliklər edib.

Bununla ilin sonuna qədər ABŞ əsgərlərinin sayının 9 min 800 nəfərə qədər ixtisar edilməsinə dair plana dəyişiklik edilir. Lakin Əfqanıstanda saxlanacaq 10 min 800 nəfərlik əsgəri qüvvə 2016-cı ildə yarıya qədər azaldılaraq, 5 min 500 nəfərə çatdırılacaq.

Çak Heygel Əfqanıstana əvvəlcədən elan edilməmiş səfəri zamanı ölkə prezident Əşrəf Qani ilə birgə mətbuat konfransında danışıb.

Onun NATO-nun başçılığı ilə Əfqanıstanda müharibədən13 il sonra hələ də ölkədə qalan Amerika əsgərləri ilə görüşü planlaşdırılıb.

Çak Heygel müxbirlərə Əfqanıstan təhlükəsizlik qüvvələrinin paytaxt Kabili Taliban yaraqlılarının hücumlarından qoruya biləcəyinə əmin olduğunu deyib.

NATO-nun Əfqanıstanda hərbi-döyüş missiyası dekabrın 31-də sona çatır. Əfqanıstanda qalacaq 12 min 500 nəfərdən ibarət hərbi personal Əfqanıstan hərbi qüvvələrinə təəlim və yardım missiyasını həyata keçirəcək.

XS
SM
MD
LG