Accessibility links

Con Kerri İsrail-Fələstin sülh danışıqlarının gələcəyi barədə nitq söylədi


ABŞ Dövlət Katibi Con kerri İsraillə fələstinlilər arasında yekun sülh anlaşmasının əsas cəhətləri barədə nitq söyləyib. Nitqində Kerri iki dövlət həll yolunun ciddi təhlükə ilə üzləşdiyini bəyan edib.

Bizim müdafiə etdiyimiz İsrailin yəhudi və demokratik dövlət kimi gələcəyidir.

Dövlət Departamenti binasında bir saat davam edən çıxışında Kerri habelə ABŞ-ın BMT Təhlükəsizlik Şurasında İsraillə bağlı səsvermədə iştirak etməməsini müdafiə edib. Həmin qətnamə İsraili Qərb Sahilində yaşayış məntəqələri saldığına görə qınayır.

ABŞ-ın səsvermə ilə bağlı qərarı iki dövlət həll yolunun qorunub saxlanmasına xidmət edir, deyə Kerri bildrib. “Bizim müdafiə etdiyimiz İsrailin yəhudi və demokratik dövlət kimi gələcəyidir.”

Kerri öz çıxışında yeni bir təklif irəli sürməyib. Nitq daha çox sabiq ABŞ administrasiyaslarının iki dövlət həll yoluna sədaqətini əks etdirən prinsipləri əhatə edib.

Benyamin Netanyahu, İsrail baş naziri
Benyamin Netanyahu, İsrail baş naziri

İsrailin həmişə yaxın ABŞ müttəfiqi olacağını vurğulayan Kerri eyni zamanda baş nazir Benyamin Netanyahunu “daimi işğal” siyasəti yürütməkdə ittiham edib.

Öz növbəsində Netanyahu Kerrinin çıxışını tənqid edərək İsrailin "xarici liderlərdən sülh barədə mühazirəyə” ehtiyacı olmadığını vurğulayıb.

“Kerrinin təşviq etdiyi BMT Təhlükəsizlik Şurasının qətnaməsi kimi onun bugünkü çıxışı da İsrailə qarşı yönəlib,” deyə Netanyahu reaksiya verib.

XS
SM
MD
LG