Ford Miçiqandakı maşın zavodunu genişləndirir
Miçiqanda qərargahlanan Ford Motor şirkəti Meksikada maşın zavodu inşa etmək planlarını təxirə saldığını və onun əvəzinə Miçiqanın Flat Rok şəhərindəki zavodunu genişləndirəcəyini və beləliklə 700 yeni iş yeri yaradacağını bildirib. Fordun bu açıqlaması ABŞ avtomobil istehsalçılarını iş yerlərini əmək haqqının daha ucuz olduğu qonşu ölkəyə köçürdüklərinə görə qınayan Donald Trampın inaqurasiyasına iki həftə qalmış bir vaxta təsadüf edir. Tramp təndiqlərini əsasən Fordun rəqibi General Motorsa yönəldib və Meksikada istehsal etdiyi kompakt maşınlara görə şirkəti “böyük sərhəd vergisi” tətbiq etməklə hədələyib.
Episodes
-
Mart 14, 2025Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi