Ford Miçiqandakı maşın zavodunu genişləndirir
Miçiqanda qərargahlanan Ford Motor şirkəti Meksikada maşın zavodu inşa etmək planlarını təxirə saldığını və onun əvəzinə Miçiqanın Flat Rok şəhərindəki zavodunu genişləndirəcəyini və beləliklə 700 yeni iş yeri yaradacağını bildirib. Fordun bu açıqlaması ABŞ avtomobil istehsalçılarını iş yerlərini əmək haqqının daha ucuz olduğu qonşu ölkəyə köçürdüklərinə görə qınayan Donald Trampın inaqurasiyasına iki həftə qalmış bir vaxta təsadüf edir. Tramp təndiqlərini əsasən Fordun rəqibi General Motorsa yönəldib və Meksikada istehsal etdiyi kompakt maşınlara görə şirkəti “böyük sərhəd vergisi” tətbiq etməklə hədələyib.
Episodes
-
Yanvar 16, 2021
Dünyaya Baxış - 15 yanvar 2021
-
Yanvar 15, 2021
Nümayəndələr Palatası Trampı ikinci dəfə impiç etdi
-
Yanvar 15, 2021
Amerika İcmalı - 15 Yanvar 2021
-
Yanvar 15, 2021
Dünyaya Baxış - 14 yanvar 2021