Accessibility links

Təbrizdə işçilərə zorla namaz qıldıran fabrika sahibinə geniş təpki var


Hel Zavodu
Hel Zavodu

Təbrizdə bir zavodun işçilərinə zorla namaz qıldırdığını və namaz qılmayan işçiləri cərimə və işdən çıxarılmaqda təhdid etdiyini göstərən bir fotoşəkilin yayımlanması sosial mediada geniş təpkilərə yol verib.

Sosial mediada yayımlanan şəkildə yapışqan istehsal edən Hel Zavodunun işçilərinin namaz qıldığı məkanın divarında yerləşdirilən bir afişada bu ifadələr yer alıb:

“Bütün kişilərin namaz qılması məcburidir. Namaz qılmayanlar ən az 120 min tümən cərimə ödəməlidirlər və ya işdən çıxarılacaqlar. Namaz vaxtında, bütün kişilər Allahu Əkbər-i eşitdikdən sonra dəstəmaz almağa başlamalıdırlar...”

Keçən iki gün ərzində minlərlə Twitter, Facebook, Instagram və Telegram istifadəçisi türk və fars dillərində “Hel Zavodu” habelə zavodun gənc sahibi və eyni zamanda müdiri olan Xəlil Nəzəri ilə bağlı yazılar və şəkillər paylaşıblar.

Zavodun müdirinin ad günü mərasimi
Zavodun müdirinin ad günü mərasimi

Zavod sahibinin ad günündə çəkilmiş şəkilləri paylaşan sosial media istifadəçiləri onu sarkastik ifadələrlə Şimali Koreya lideri Kim Con Una bənzədib və “balaca diktator” adlandırırlar.

Bu şəkillərin bir çoxunun əsli keçən aylar ərzində zavodun Twitter hesabından paylaşılıb.

Fabrikanın sahibi avqustun 17-də həmin hesabdan ona etiraz edənlərə cavab verib. “Bu özəl bir fabrikadır. Dövlətin olsaydı, siz haqlı olardınız, dində məcburiyyət olmaz... Kimə nə, mən bu fabrikanı namaz qıldırmaq üçün tikmişəm, pula ehtiyacım yoxdur,” deyə o qeyd edib.

XS
SM
MD
LG