Accessibility links

Təbrizdə türkcə-farsca “Urmudan Hamuna” kitabının təqdimatı keçirilib


Süməyyə Əsədi, şairə
Süməyyə Əsədi, şairə

İranda Urmiyə Gölü böhranı kimi ətraf mühit məsələlərinə diqqət çəkən türkcə-farsca şeirlər toplusu olan “Urmudan Hamuna” adlı kitabın təqdimat mərasimi keçirilib.

Nasr News internet portalının məlumatına istinadən, Süməyyə Əsədinin türkcə şeirləri və Əli Firuzkuhinin farsca şeirlərindən ibarət olan kitabın təqdimat mərasiminə şairlər, yazarlar və mədəni fəallardan əlavə yerli məsullar, o cümlədən Təbriz Şəhər Şurası üzvlərindən də qatılanlar olub.

Urmiyə Gölü böhranı və gölün bölgə əhalisi üçün tarixi, ictimai və mədəni önəmi haqda onlarla kitab nəşr edilmiş və filmlər çəkilmişdir.

“Urmudan Hamuna” kitabında Urmiyə Gölü ətrafında cərəyan edən ekoloji fəlakət və Sistan-Bəluçistan vilayətində quruyan məşhur Hamun Gölü (Hamun Bataqlığı) ilə bağlı şeirlər yer alıb.

Son bir neçə ildə böyük bir hissəsi türk dilində olmaqla, Urmiyə Gölü böhranı və gölün bölgə əhalisi üçün tarixi, ictimai və mədəni önəmi haqda onlarla kitab nəşr edilmiş və filmlər çəkilmişdir.

Urmiyə Gölü məsələsi türk dilində təhsil tələbi ilə bərabər daimi şəkildə İran Azərbaycanında ictimai fəallar, yerli qəzetlər və sosial medianın gündəmində yer alır.

XS
SM
MD
LG